"Ermənistan üçün vəziyyət son dərəcə ağırdır" İşxan Saqatelyan

"Hal-hazırda Ermənistan üçün vəziyyət son dərəcə ağırdır". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Daşnaktsutyun partiyasının Ali Qurumunun nümayəndəsi İşxan Saqatelyan deyib.
O, partiyanın ofisində bir sıra müxalifət partiyalarının nümayəndələrinin toplantısından sonra jurnalistlərlə söhbətində bildirib ki, vəziyyət son dərəcə narahatlıq doğurur.
"Ümumi mövqe budur ki, vəziyyət həddindən artıq narahatlığa səbəb olub, diplomatik və hərbi cəbhələrdə dönüş nöqtəsi olmasa, vəziyyət daha ağır olacaq", - deyə Sagatelyan bildirib.
Partiya təmsilçisi müxalif siyasi qüvvələrin müzakirələri davam etdirdiklərini və mövqelərini, hərəkətlərini aydınlaşdırmağa çalışdıqlarını qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə