Ermənistanın kəskin aqoniyası: məğlubiyyətin işartıları SİYASİ RAKURS

Ermənistanın kəskin aqoniyası: məğlubiyyətin işartıları SİYASİ RAKURS

İşğaçı, təcavüzkar və terrorçu ölkə - Ermənistannın ölkə rəhbərliyi xalqı ilə birlikdə aqoniya vəziyyətindədir. Biz bunu düşmən ölkənin baş naziri Nikol Paşinyanın davranış tərzlərindən də açıq-aşkar görməkdəyik. İstər xarici telekanallara verdiyi müsahibələri zamanı onun düşdüyü ağır və çıxılmaz halı, istər Qarabağ cəbhəsindən aldığı məğlubiyyət xəbərləri, istərsə də xalqın baş verənlərdən hiddətə gəlməsi və bu hiddətin qiyama çevirlməsi ehtimalının artması onun aqoniyasının daha da kəskinləşməsinə səbəb olmaqdadır. Ermənistanın müharibə aparmaq üçün büdcəsi demək olar ki, boşalıb və ümidi xarici ölkələrdə yaşayan diasporanın cibinə qalıb. Maraqlıdır ki, hətta yığılan pul-paralar belə, müharibənin bir neçə saatına bəs etmir. İşğalçı ölkə güclü Azərbaycan Ordusu qarşısında diz çökməli olduğunu artıq indidən anlamağa başlayıb.

Lakin digər maraqlı məsələlər də diqqətlərdən yayınmır...

Paşinyanın, komandasının və onun Qarabağdakı marionetlərinin hərbi ritorikadan yalvarış tərzlərinə keçid etmələri isə göz önündədir. Məsələn, bir neçə gün əvvəl onlar pul dilənməklə diasporadan ümid gözləyirdilərsə, indi diaspora üzvlərini Qarabağa ölməyə səsləyirlər. Bu isə bütövlükdə işğalçıların mövcud vəziyyətlərini daha çılpaq şəkildə ortaya qoymaqdadır.

Lakin digər maraqlı məsələlər də diqqətlərdən yayınmır. Belə ki, əzəli və əbədi torpaqlarımızdan it kimi qovulan düşmən beynəlxalq aləm tərəfindən də ciddi dəstək ala bilmir. Buna isə bir neçə misal göstərmək mümkündür. Hələ Qarabağda lokal müharibə başlamamışdan öncə Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev hücum diplomatiyası faktorunu ortaya qoymaqla, işğalçıları müxtəlif beynəlxalq təşkilatlarda nokaut vəziyyətinə salmağa başlamışdı. Bu diılomatiyanın sayəsində beynəlxalq aləm Azərbaycanın haqq səsini duymağa başladı. Əbəs deyil ki, dünyanın bir çox nüfuzlu təşkilatları, qurumları işğalçıların torpaqlarımızdan qeyd-şərtsiz çıxmalarını tələb edən sənədlərə imzalar atır, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına geri dönmələrini tələb edən bəyanatlar səsləndirirdilər.

“Dünya brliyi hələ də bu ədalətsizliyə susur” ifadəsi artıq gündəlik ifadəmizdən çıxır...

Ancaq Ermənistanın istər indiki, istərsə də əvvəlki rəhbərlikləri bu tələbləri qulaqardına vurmaqla indi onun ağır fəsadlarını yaşamaq məcburiyyətində qalıblar. Bəli, düşmən kəskin aqoniyadadır və bununla yanaşı, diplomatik seytnot vəziyyətindədir. Necə deyərlər, “Dünya brliyi hələ də bu ədalətsizliyə susur” ifadəsi artıq gündəlik ifadəmizdən çıxır...

Daha bir misal: Ermənistanın prezidneti Armen Sarkisyan dünya birliyinin, o cümlədən, ABŞ, Çin, Böyük Britaniya, Avropa Birliyinin “qarabağlı ermənilərin taleyinə biganə” qaldığını bəyan edib. Diqqət yetirək, onun bu cavabına qarşılıq olaraq, ABŞ-ın dövlət katibi Mayk Pompeo isə “ümid edirəm ki, qarabağlı ermənilər problemlərini həll edə biləcəklər” ifadəsi ilə daha “bizdən əl çəkin” ismarıcını ermənilərin prezidentinə göndərib.

İham Əliyev dedikdə yalnız Prezident, Ali Baş Komandan deyil, həm də Lider, Sərkərdə kimi danılmaz amil xalqımızın gözündə canlanır, dilindən eşidilir!

Beləliklə, son olaraq onu da vurğulaya bilərik ki, dövlət başçımızın dünyanın nüfuzlu telekanallarına verdiyi müsahibələri və səlis, dəqiq, sərt cavabları erməni baş nazirinin, erməni prezidentinin və ermənilərin başqa siyasilərinin səsləndirdikləri bütün fikirlərini alt-üst edir, onların diplomatik sahədə siyasi, cəbhədə isə hərbi cəhətdən məhvə uğramaları prosesini sürətləndirir.

Başqa tərəfdən, daha bir fakt budur ki, İlham Əliyev dedikdə yalnız Prezident, Ali Baş Komandan deyil, həm də Lider, Sərkərdə kimi danılmaz amil xalqımızın gözündə canlanır, dilindən eşidilir – tarix yazmaqla, şərəf və qələbə tarixi..!

Rövşən RƏSULOV

P.S. Dəqiqləşdirilməmiş xəbərə görə isə, dünyanın məşhur Hollivud aktyoru, kino ulduzu Robert De Nironun Azərbaycan Ordusuna 1 milyon dollarlıq yardım etdiyi barədə iddialar səslənməkdədir. Nəticədə erməni hərbi-siyasi rəhbərliyi və bütövlükdə şovnist ermənilər bu məsələdən açıq-aşkar dəliyə dönüblər. Bu isə onların kəskin aqnoik hallarını daha da sürətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə