Düşmən təcili tibbi yardım maşınını atəşə tutdu: bir tibb işçisi şəhid oldu FOTOLAR
İşğalçı Ermənistanın hərbi birləşmələri növbəti dəfə müharibə qanunlarını və qəbul edilən konvensiyaları pozaraq, bu dəfə cəbhə bölgəsində yaralı daşıyan təcili tibbi yardım maşınını atəşə tutub. Nəticədə bir nəfər tibb işçisi şəhid olub. SİA xəbər verir ki, bu barədə Türkiyənin cəbhə bölgəsinə ezam olunmuş TV100 kanalı məlumat verib.
Bir daha sübuta yetirilib ki, humanitar atəşkəs rejimini pozan Ermənistanın terrorçu hərbi birləşmələri öz alçaq əməllərini açıq-aşkar şəkildə törədir, üstəlik Azərbaycan tərəfini ittiham edirlər. Bir sıra beynəlxalq təşkilatlar və insan hüquqları qurumları isə təəssüf ki, Ermənistanın bu cür çirkin, qanlı əməllərinə qarşı ya susqun qalırlar, ya da səthi və formal şəkildə fikir bildirməklə işlərini yekunlaşmış bilirlər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB