Ərdoğandan daha bir sərt bəyanat Geri qaytarın!

Ərdoğandan daha bir sərt bəyanat Geri qaytarın!

Türkyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ATƏT-in Minsk qrupu Qarabağ mövzusunda birmənalı fikir bildirməli və Ermənistan tərəfindən işğal edilmiş torpaqları Azərbaycana təhvil verməlidir. SİA xəbər verir ki, Türkiyənin dövlət başçısının Böyük Millət Məclisində səsləndirdiyi bəyanatı barədə Rusiyanın ria.ru saytı yazıb.

Rusiya xəbər agentliyi Ərdoğanın sözlərinin davamını yazaraq, onun “Minsk qrupu əvvəllər olduğu kimi bu prosesi uzadır” fikrini qeyd edib. Belə ki, qardaş ölkənin dövlət başçısının sərt bəyanatı bu cür davam edib: “Əgər siz bu məsələni həll etmək istəyirsinizsə, bu zaman onun həllini uzatmayaraq, həllin özünü tapmalısınız. Məgər bir problemi 30 il həll etməkmi olar? Minsk qrupu danışıqları başa çatdırıb, işğal olunmuş torpaqları onun sahibinə (Azərbaycana) qaytarmalıdır. Bu onilliklərlə davam edə biləcək iş deyil. Ancaq onlar torpaqları geri qaytarmadılar. Bu haraya gətirib-çıxardı? Bax belə bir vəziyyətə”, qardaş ölkənin prezidenti vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə