“Gəncəyə raket hücumu erməni faşizminin təzahürüdür” İlham Əliyev
Ermənistanın Gəncəyə raket hücumu Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında yazıb. Dövlət başçısı bildirib ki, bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Prezident, həmçinin qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi cinayətlərə görə məsuliyyət daşıyır: "Azərbaycan tərəfi bütün bunlara layiqli cavab verəcək".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB