Dünyada porno ulduz kimi tanınan və "məşhur" olan erməni əsilli Kim Kardaşyan Qarabağdakı qurbanlara yardım üçün 1 milyon dollar vəsait ayırıb Ermənistana. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni əsilli porno ulduz öz "xidməti" ilə qazandığı vəsaitləri Ermənistana yardım etdiyini özü açıqlayıb. O, ehtimal edir ki, vəsaitin Qarabağdakı döyüş qurbanlarına yardım üçün xərclənəcək.
Kim bir dəqiqəlik video yerləşdirib və qeyd edib ki, vəsaiti "döyüşlər nəticəsində zərər çəkənlərə yemək, sığınacaq və tibbi yardım" üçün edib.
Xatırladaq ki, bu il 27 sentyabr tarixindən etibarən Ermənistan tərəfi növbəti dəfə təxribatlara başlayıb və müzəffər Azərbaycan Ordusunun antiterror əməliyyatları ilə yerində oturdulub, düşmən bu vaxta qədər xeyli sayda hərbi texnika və canlı qüvvə itgisinə məruz qalıb, eləcə də işğal etdikləri ərazilərin bir hissəsini əldən verməli olub. Qeyd edək ki, hal-hazırda işğalçı ölkə ciddi böhran yaşayır, əsgərlərini belə qida, geyim, dərman preparatları, ən vacib ehtiyacları ilə təmin edə bilmir və bu baxımdan yardımlara ümid bağlayır, dünya dövlətlərindən, eləcə də "Kim" olmasından, hansı mənbədən alınmasından asılı olmayaraq əl açmaqda, dilənməkdə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB