Ermənistanın atəşkəsi pozması Rusiya mətbuatında

Ermənistanın atəşkəsi pozması Rusiya mətbuatında

Gəncənin Ermənistan tərəfindən atəşə tutulması Rusiya mətbuatında da yer alıb. SİA xəbər verir ki, Rusiyaya məxsus RİA Novosti Agentliyi Azərbaycanda çoxmərtəbəli bir yaşayış binasına Ermənistan tərəfinin raket zərbəsi endirməsi və 5 sakinin həyatını itirməsi barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, raket Azərbaycanın Gəncə şəhərindəki bir yaşayış binasına düşüb, nəticədə bina dağılıb, beş nəfər ölüb, 28 nəfər isə yaralanıb.

Ölkənin ikinci böyük şəhərinin - Gəncənin Ermənistan ərazisindən atəşə tutulması faktının bazar günü səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi tərəfindən elan edildiyi qeyd olunur və foto, eləcə də video faktlarla sübutunu tapan bu hadisənin Ermənistan Müdafiə Nazirliyinin təkzib etmə hallarını da Rusiyaya məxsus mətbuat səhifəsi diqqətə çatdırır.

Xatırladılır ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölən və yaralananların cəsədlərinin dağıntılar altından çıxarır. Qeyd edək ki, sözügedən mətbuat səhifəsində hadisə yerində işlərin davam etdiyi vurğulanır və raket zərbəsi nəticəsində yaranan dağıntıların, eləcə də zərərçəkmişlərin fotoları da yer alır.

Nəzərə çatdıraq ki, şənbə günü, 9 oktyabr tarixində Moskvada, Rusiya tərəfinin iştirakı ilə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin 11 saata qədər davam edən görüşü keçirilib və "Qırmızı Xaç" cəmiyyətinin çağırışı ilə döyüş meydanında qalan cəsədlərin, eləcə də əsirlərin mübadiləsi məqsədilə tərəflər atəşkəs razılığına gəliblərsə də, atəşkəsin başlama anı, yəni 10 oktyabr saat 12:00 radələrinə qədər də, bundan sonra da işğalçı ölkə Azərbaycanın şəhər və rayonlarında yaşayan dinc əhalini artilleriya atəşinə tutmağa davam edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına əsasən, Ermənistan tərəfinin başlatdığı hər bir həmlə cavab atəşi ilə susdurulur və düşmən geri otuzdurulur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə