"Prezidentin qətiyyətli mövqeyi hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaradıb" ÖZƏL-MÜNASİBƏT
"Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev oktyabrın 4-də xalqa müraciət edib. Cənab Prezident müraciətində işğal altında olan rayonlarımızdan biri olan Cəbrayılın mərkəzi Cəbrayılın və 9 kəndinin işğaldan azad olunması münasibəti ilə bu tarixi hadisə ilə bağlı Azərbaycan xalqını təbrik edib. Cənab Prezident eyni zamanda Cəbrayıl rayonunun və işğal altında olan digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi təbrik edib". Bunu SİA-ya millət vəkili Rauf Əliyev deyib.
Deputatın sözlərinə görə, cənab Prezidentin Azərbaycan xalqına müraciətində nümayiş etdirdiyi qətiyyət və əzmkarlıq hər bir Azərbaycanlıda ruh yüksəkliyini bir qədər də artırıb: "Xalq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında daha sıx birləşərək bir əsgər kimi vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda Erməni işğalşılarına qarşı başlanan Böyük Vətən Müharibəsində iştirak etməyə hər an hazırdır. Cənab Prezident, Ali Baş Komandanın qətiyyətli mövqeyi deməyə əsas verir ki, düşmən üzərində tam qələbəyə gedən yol çox yaxındadır. Tezliklə təcavüzkar Ermənistan tərəfindən artıq 30 ildən çox işğal altında olan bütün torpaqlar cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz tərəfindən işğaldan azad ediləcək, bütün məcburi köçkünlər öz doğma ata-baba yurdlarına qayıdacaqdır.
Cənab Prezident öz müraciətində qeyd etmişdir ki, “Bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır".
Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, yaradıb, qurub,tikib. Ancaq son 30 ildə erməni qəsbkarları torpaqlarımızı işğal edib, azərbaycanlılara məxsus bütün tarixi, dini və mədəniyyət abidələrimizi yerlə yeksan ediblər. Cənab Prezident müraciətində qeyd etmişdir ki, işğaldan azad olan bütün şəhərlərimiz, kəndlərimiz bərpa olunacaq. Bütün bölgələrə həyat qayıdacaq.
Müraciətinin sonunda cənab Prezident bildirmişdir: “Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümüdlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB