Ermənistanın baş naziri Nikol Paşinyan Gəncəni vurmaq əmrini verməkdə ittiham olunur. SİA xəbər verir ki, bu ittihamlarla məşhur erməni bloger Tiqran Köçəryan öz səhifəsində yerləşdirdiyi çağırışında çıxış edib.
Erməni bloger Paşinyanı kəskin təngid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında da ittiham edib. O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Xankəndində rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını da açıqlayıb.
Tiqran Köçəryan öz mənbələrinin köməyi ilə bu şayiələrin yalan olduğunu təsdiqləyib. Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində ermənilərin tam məğlubiyyətə uğraması, yararıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə açıq-aşkar yazıb.
Tiqran Köçəryan Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə də xüsusilə ittiham edir. Tiqran Köçəryan erməni baş nazirə xatırladır ki, bu hücumun məntiqi nəticəsi olaraq Ermənistanın bütün şəhərlərini Gəncənin hədəfə alınması kimi gündəlik aqibət gözləyə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB