"Takvim": "Azərbaycan Ermənistana şilləsini vurdu!"

"Takvim": "Azərbaycan Ermənistana şilləsini vurdu!"

Türkiyə mediası işğalçı Ermənistanın və havadarlarının aldıqları ağır cavabı tirajlamaqdadır. SİA xəbər verir ki, Türkiyənin "Takvim" nəşri bu barədə yazıb. Qeyd olunur ki, Fransanın prezidenti Emmanuel Makron və kuklası Paşinyan büdrəyib.

"Azərbaycan Ordusu dünən dörd qoldan Qarabağın içinə doğru irəlilədi. Çox sayda kəndləri geri aldı. Kritik əhəmiyyət daşıyan Cəbrayıl rayonunu da 30 illik işğaldan qurtardı", yazan türk nəşri qeyd edir ki, ermənilər bütün bunlara baxmayaraq vəhşiliklərini və namərdliklərini davam etdirirlər. SİTAT: "Ermənilər isə yenidən namərdəcinə davrandı. 60 kilometr uzaqlığı vuran Rusiya istehsalı Smerç və Toçka-U raketlərini atıb".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə