Azərbaycanda palçıq vulkanı püskürüb

Azərbaycanda palçıq vulkanı püskürüb
Hacıqabul rayonunda palçıq vulkanı püskürüb. Bu barədə ANS PRESS-ə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyev məlumat verib.
İlkin məlumata görə, vulkan püskürməsi bu gün səhər saatlarında rayonun Qubalı-Baloğlan kəndinin ərazisinə yaxın Harami dağının zirvəsində, 30-50 metr hündürlüyündə alovla müşayiət olunub.
Püskürməni onlarla kilometr məsafədən müşahidə etmək olub.
A.Əliyev bildirib ki, daha ətraflı məlumat hadisə yerinə baxış keçiriləndən sonra veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə