"Fransanın Azərbaycana təzyiqləri sıfırdır" ÖZƏL-MÜNASİBƏT

"Fransanın Azərbaycana təzyiqləri sıfırdır" ÖZƏL-MÜNASİBƏT

"ATƏT Minsk qrupunun həmsədr dövlətləri ABŞ , Rusiya və Fransa dövlət başçıları birgə bəyanatla atəşkəsi dərhal dayandırmağa və qeyd şərtsiz danışıqların bərpa edilməsini tələb ediblər. Bəyanatda tərəflərin öhdəlik götürülməsinin qeyd edilib. Öhdəliyi ilk növbədə Ermənistan götürməli və əraziləri boşalmalıdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, birgə bəyanatın verilməsində Fransa prezidenti E.Makron əsas rol oynayıb: "Minsk qrupu ilk növbədə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməlidir. Minsk formatı Azərbaycanın təhlükəsizlik maraqlarını təhdid edərək, birbaşa Azərbaycana öz ərazilərinin bərpasının qarşısını alır. Azərbaycan ABŞ-la diplomatik danışıqlar aparmalıdır. Bu hərbi əməliyyatların ABŞ - geosiyasi maraqlarına cavab verildiyi qeyd edilməlidir. Çünki regionda geopolitik yerdəyişmələr var.

Fransa prezidenti E. Makron Türkiyə faktoruna görə konkret Azərbaycana düşmən mövqeyində olaraq çalışır ki, Türkiyənin Cənubi Qafqazda apardığı siyasətin qarşısını alsın. Rusiyada dolayı yolla bu gün verdiyi açıqlamada Qarabağa Yaxın Şərqdən muzdluların gəldiyini bəyan etdi. Verilən bu açıqlama Azərbaycana qarşı yönəlib. Azərbaycan hərbi əməliyyatları dayandırmamalıdır. Fransanın Azərbaycana təzyiqləri sıfırdır. Rusiya da bir müddət ciddi təzyiqlər etməyəcək. Araz boyu ərazilər, Kəlbəcər və Ağdərə alınmalıdır ki, masada əlimiz tam güclənsin".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə