Ermənistan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir MN - RƏSMİ

“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir" - deyə, məlumatda bildirilib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə