Ermənistan canlı itkilərinin sayını gizlədir - Yalnız bir qismi ilə bağlı siyahı yayıb

Ötən gün səhər saatlarından etibarən Azərbaycan Ordusu düşmənin hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatı keçirib.

SİA "Trend"ə istinadən xəbər verir ki, Ermənistan tərəfi itki sayını və dəymiş ziyanı gizlətməyə çalışır.

Azərbaycan Müdafiə Nazirliyin əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, məlumat yayıb ki, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.

Ermənistan Müdafiə Nazirliyi isə canlı itkilərinin yalnız bir qismi ilə bağlı siyahı yayıb. Həmin siyahını təqdim edirik.

Arzumanyan Asmik Simbatovna (1985)

Vardanyan Lernik Areqoviç (1978)

Minasyan Georqiy Levaeviç (1979)

Xaçataryan Ovik Levaeviç (1990)

Mnasakanyan Aşot Kolyaeviç (1979)

Arutyunyan Aqsen Andranikoviç (1997)

Mardiyan Arsen Qarikoviç (1999)

Qalstyan Ruben Mnasakanoviç (2000)

Torosyan David Mxitaroviç (2001)

Filoposyan Taron Qrayroviç (2000)

Qriqoryan Mais Makaroviç (2001)

Xlqatyan Qarnik Edqaroviç (2001)

Saakyan Erik Cmbatoviç, (2001)

Marqaryan Karen Vaqramoviç (2000)

Oqonyan David Edvardoviç (2000)

Baeceqyan Vrek Arsenoviç (2001).

Bütün xəbərlər Facebook səhifəmizdə