“Ermənistana beynəlxalq transferlərdə kəskin “azalma” var” “Joxovurd” qəzeti yazır

Koronavirus pandemiyası və sonrakı fövqəladə vəziyyət beynəlxalq pul köçürmələrini mənfi təsir etdi. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistandakı beynəlxalq transferlərdə kəskin “azalma” müşahidə olunub və bu barədə “Joxovurd” qəzeti yazıb.

Rəsmi mənbələrə istinadən qəzet, yanvar-iyul aylarında Ermənistana transfertlərin keçən ilin eyni dövrü ilə müqaisədə 15.3% azalaraq, 1.55.256 dollardan 893.289 min dollara düşdüyünü yazır.

Nəşr xüsusilə qeyd edir ki, transferin "ən böyük payı" Rusiya Federasiyasından gəldiyi açıq şəkildə görünür.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə