Ermənistan yalnız cəhənnəmə ümid edə bilər TƏHLİL

Təcili həlli tələb olunan aktual problemləri unudaraq, uzaq bir gələcək üçün verilən vədləri düşünmək axmaqlıdır. 1961-ci ildə Moskvada Kommunist partiyasının 22-ci qurultayında, o zaman baş katib olan Nikita Sergeyeviç Xruşşov yüksək səslə elan etdi ki, 1980-ci ildə Sovet insanları kommunizmdə, yer üzündəki cənnətdə yaşayacaqlar. Nikita Sergeyeviçin özü Sovet xalqına verdiyi vədlərə inanıb inanmadığını bilmirəm, amma ölkənin birinci şəxsi kimi, ölkədəki vəziyyət haqqında, o zaman da reallıqdan çox uzaq olan vəziyyət haqqında tam məlumata sahib idi. Məsələ burasındadır ki, Nikita Xruşşov 1980-ci ilədək yaşamaq ehtimalının olmadığını yaxşı başa düşürdü və buna görə də bu cür populist vədlər verdiyi başadüşüləndir.
Kimin ağlına gələ bilərdi ki, Kommunist partiyasının 22-ci qurultayından 59 il sonra baş nazir Nikol Vovaeviç Paşinyanın timsalında Xruşşov kimi bir vəd verici, populist Ermənistanda peyda olacaq, meydana çıxacaq. Bildiyimiz kimi, Sovet insanları 1980-ci ildə Xruşşovun vəd etdiklərini görmədilər. Lakin Xruşşovun təcrübəsi, yalançı vədlərinin puça çıxma məsələsi Paşinyana dərs olmadı, onu dayandırmır və o da eyni ilə Ermənistanda gələcək “cənnət” haqqında sözün əsl mənasında çoxsaylı vədlər yağdırır. Düzdür, onun vədləri də Xruşşov kimi uzaq dövrə gedib çıxır və görünür Nikol da özünü 2050-ci ildə görmür, o zamana qədər yaşamaq ehtimalı yoxdur deyə düşünür.
Matenadaranda ölkənin transformasiya strategiyasına dair vizionunu təqdim edən Paşinyan “son 30 ildə Ermənistanda dövlət səviyyəsində bu qədər bütöv və ümumiləşdirilmiş bir sənəd olmadığını” iddia etdi. Burada diqqət yetirilməsi gərəkən bir neçə məqam var. Paşinyan 2050-ci ilə qədər Ermənistan əhalisini ən azı 5 milyona çatdırmaq istəyir. 1 milyon 500 min yeni iş yeri yaratmaq, Ermənistanın ÜDM-sini 20 dəfə, orta əmək haqqını isə 7 dəfə artırmaq, uzunömürlülüyü 90 ilə çatdırmaq, bir əsgər potensialı baxımından dünyada ən çox döyüşə hazır orduya sahib olmaq, dünyanın ən təsirli kəşfiyyat xidmətlərindən biri olan bir kəşfiyyat xidməti yaratmaq kimi nağıllar danışdı erməni baş nazir. Nikol Paşinyan, həmçinin ən azı üç Ermənistan universitetinin beynəlxalq reytinqə görə ilk 200 universitet siyahısına daxil olacağını xəyal edir və Ermənistanda meşələrlə örtülmüş əraziləri iki qat artırmağa hazırlaşır. Əlbətdə ki, idman sahəsindəki gələcək uğurları da vəd etməyi unutmadı Nikol. Ermənistanın 25 Olimpiya qızıl medalını qazanması lazımdır, deyən bu populistin, ölkəsinin milli futbol komandasının Avropa və Dünya çempionatının mükafatçısı olmalıdır deməsi lap gülünc səslənir. Çünki, yarışlar öncədən heç planlaşdırıla bilmir və bu pafosla Nikolun ağ elədiyini görməmək mümkün deyil. Hansısa oliumpiadada, yarışda medal qazanmaq öhdəliyi götürmək, çempionatın mükafatçısı olmaq barədə vədləri erməni baş nazirində polulizm xəstəliyinin ən yüksək həddə olduğunu və həqiqətən də əqli poblemlərinin mövcudluğunu təsdiqləyir.
Kimin ağlına gələ bilərdi ki, 30 il ərzində geridə qalmış Sinqapur və ya tez-tez devrilən diktatorlar tərəfindən idarə olunan Cənubi Koreya, ən yüksək iqtisadiyyat səviyyəsinə və insan inkişafı indeksinə sahib “Asiya pələnglərinə” çevrilə bilərlər? Ancaq, ermənilər bilmlədirlər ki, Ermənistan Sinqapur, Malayziya və ya Cənubi Koreya deyil və bu xam xəyallardan həm erməni baş nazir, həm də onun barmağına doladığı erməin xalqı əl çəkməlidir. Çünki, birincisi, Ermənistan coğrafi baxımdan elə bir yerdə yerləşir və bədnam əməlləri sayəsində elə bir dalana dirənib, elə marginallaşıb, bütün layihələrdən, strateji inkişafdan elə kənarlaşdırılıb ki, bundan sonra səfalət şəraitindən çıxması hətta inandırıcı deyil, nəinki qızıl dağlar vəd edən polulist Paşinyanın dəm vurduğu inkişaf, yaxud “cənnət”. Nikol xam xəyallara nə düşməsin, nə də daxili auditoriyanı aldadıb bu xəyallara salmasın, Ermənistanın mövcud cəhənnəminin öhdəsindən gəlsin, bu ermənilərə yetər.
İndi az da olsa ağlı başında olan hərhansı erməni başa düşür və etiraf edir ki, ölkə başçıları baxımından da ölkələrinin, özlərinin bəxti heç zaman gətirməyib və bu özü də işğalçılıq siyasətindən başqa bir dənə də olsun siyasət yürütməyən ölkə üçün ancaq cəhənnəm vəd edir, cənnət yox. Axı, işğalçı ölkənin bu zamana qədərki başçıları ya işğalla məşğul olub, ya şəxsi zənginləşmələri üçün çalışıb, ya da bu Nikol kimi yalançı vədlər, populist çıxışlar edərək xalqı, daxili auditoriyanı aldadıb. Hal-hazırda da Nikol Paşinyan deyilən, küçə nümayişləri zamanı xarici missionerlər tərəfindən ortaya atılan, sonra da hakimiyyət çevrilişi ilə hakimiyyət kürsüsünü qamarlayan bir avantürist erməni xalqını sözün əsl mənasında barmağına dolayıb. Bu manipulyator elə absurd fikirlər, elə yalançı vədlər səsləndirir ki, bunu ya ağıldan kəm biri edər, ya da qarşısındakını axmaq yerinə qoyan. Bu baxımdan, məhz belə dövlət başçıları ilə Ermənistan uzağa gedə bilməz deyə düşünməkdə, belə düşünən ermənilər də daxil olmaqla, hər kəs haqlıdır.
Paşinyan qalaq-qalaq yığılılb qalan erməni problemlərini həll etmək əvəzinə 2050-ci ilə transformasiya strategiyası ilə məşğuldur. Onun üçün bu problemləri həll etməkdən daha çox, 2050-ci il barədə hap-gop etmək sözsüz ki, daha asandır. Bu yerdə erməni politoloqu Aqasi Yenokyanın dedikləri tam yerinə düşür. Məhz Aqasi Yenokyanın da haqlı olaraq dediyi kimi, belə vədlərlə məşğul olmaq Paşinyan üçün problemlərin həlli ilə məşğul olmaqdan daha asan və daha məsuliyyətsizdir.
Belə davam edəcəyi təqdirdə, heç şübhəsiz ki, 2050-ci ilə qədər az adam yaşayacaq Ermənistanda və sağ qalanlar Paşinyanı yalnız tarix dərsliklərindən xatırlayacaqlar və trixin zibilliklərində tapacaqlar onu. Nikol Paşinyan görünür, 2050-ci ilə ölkəni dəyişdirmək strategiyasının nə qədər axmaq və qəribə səsləndiyini anlamır. Bəli, erməni xalqı da özünün, uşaqlarının, nəvələrinin gözəl bir ölkədə yaşamasını arzulayır, amma bunun üçün ölkəni Nikol Paşinyanın, yaxud kim olmasından asılı olmayaraq ölkə rəhbərinin indi dəyişdirməsi gərəkir. İşğalçı ölkə rəhbəri anlamalıdır ki, bu gün Ermənistanda adi insanlar ailələrini qidalandırmaq, təhlükəsizliyini təmin etmək kimi daha aktual narahatlıqlar yaşayırlar. Ermənistan öz populis rəhbəri sayəsində uçuruma gedir. İşğalçılıq siyasəti ilə nələrə isə nail olmaq arzusunda olanlar, qonşu ölkələrdən zəbt yolu ilə torpaqlar qoparmaq strategiyasını yürütmək istəyənlər bunun acı nəticələri ilə qarşılaşmaq məcburiyyətindədir, xoşbəxt gələcək yox. İndi erməni əsgərlərinin anaları balalarının bu ölkənin işğalçılıq siyasətinin qurbanı olacağından narahatdır və onları Nikolun 30 il sonra “cənnət” vədi maraqlandırmır, buna heç inanan da yoxdur axı. Bu vaxta qədərki, 30 ilə yaxın müddətdə azərbaycanlılara qarşı törətdikləri soyqırım, etnik təmizləmə siyasətinin, Azərbaycanın işğal edilməsi strategiyasının onların balalarının başında çatlayacağını dərk edən erməniləri daha çox maraqlandıran öz balalarının taleyi, təhlükəsizliyinin təminatıdır. İndi ermənilər yaxşı bilirlər ki, Azərbaycan tərəfi, azərbaycanlılar məsələnin danışıqlar yolu ilə həllini, Ermənistanın manipulyasiyalarını sonsuza qədər gözləmək, buna səbr etmək məcburiyyətində deyil və işğalçıların tökdükləri qan yerdə qalmayacaq, buna cavab verməli olacaqlar. Bax, bu problemlərini həll etməsi tələb olunmalıdır erməni baş nazirindən. İki ildən də çox müddətdə hakimiyyətdə olarkən bircə dənə də uğura imza atmayan Paşinyanın 30 il sonrakı Ermənistan nağıllarına ağlı başında olan erməni qulaq asmaq istəmir.
Ən gülməli olan isə odur ki, necə ki, 1961-ci ildə Kommunist partiyasının, SSRİ kimi dövlətin rəhbərləri, eləcə də əhalisi Xruşşovun vədlərinə inanmırdı, ermənilər, erməni cəmiyyəti də Nikol Paşinyanın vədlərinə, hap-gopuna, polulizminə inanmır, amma hələ də qulaq asır. Eyni ilə, Xruşşova da qulaq asırdılar, amma inanmırdılar. İndi Paşinyanı dinləyən, onu alqışlayan bir neçə tərəfdarı belə Xruşşovu xatırlamalıdır və unutmamalıdır ki, Ermənistan kimi kiçik bir ölkə yox, o böyüklükdə, qüdrətdə olan SSRİ-nin rəhbəri ölkəsini vədlərlə, populizmlə “cənnət” dediyi Kommunizmə apara bilmədisə, Paşinyan kimi bir fırıldaqçı, avantürist Ermənistanı indiki cəhənnəmdən də aşağı cəhənnəmə endirəcək. Bu gedişlə Ermənistan yalnız cəhənnəmə ümid edə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...