“Qarabağ Azərbaycandır!” mövzusunda birgə tədbir keçirilib FOTO

Sentyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı, Şuşa və Ağcabədi rayon təşkilatlarının Qadınlar Şurasının “Qarabağ Azərbaycandır!” mövzusunda videokonfrans formatında birgə tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva bildirib ki, işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi həllini tapmır. Onun sözlərinə görə, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad ediməsi üçün qətiyyətli siyasət həyata keçirir. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır!” bəyanatı bütün dünyaya mesajdır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Sevinc Fətəliyeva bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət, etibarlı tərəfdaş kimi qəbul olunur. Təbii ki, ölkəmizin dünya miqyasında yüksək səviyyədə qəbul olunması Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin əyani göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioriteti Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz uğurlu hücum diplomatiyası həyata keçirir. Hücum diplomatiyasının nəticəsində işğalçı Ermənistan dalana dirənib, dünyanı öz yalanına inandıra bilmir.

Tədbirdə həmçinin YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva və YAP Ağçabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildirirblər. Qeyd olunub ki, faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət, eləcə də münaqişənin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir, eləcə də atılan bütün hüquqazidd addımlar beynəlxalq cinayətdir. Məqsəd isə işğalçılıq siyasətini davam etdirməkdir. Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistanın Dağlıq Qarabağ bölgəsində və ətraf 7 rayonda qeyri-qanuni fəaliyyəti, xüsusilə qanunsuz məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.

Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək və Qarabağda üçrəngli bayrağımız dalğalanacaq!

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...