Üsamə bin Ladenin oğulları: "Atamızın ölüm faktı BMT tərəfindən araşdırılmalıdır"
"Əl-Qaida" lideri Üsamə bin Ladenin oğulları atasının ölüm faktını BMT tərəfindən araşdırılmasını tələb edirlər. SİA-nın xəbərinə görə, "Nyu-York Times"də bəyanatla çıxış edən Ömər bin Laden ABŞ hökumətinə atasının nə üçün həbs edilmədiyi və məhkəmə qarşısına çıxarılmadığı ilə bağlı sual ünvanlayıb: "Atam məhkəməyə çıxarılmalı idi ki, dünya xalqları həqiqəti bilsinlər. İraqın eks-prezidenti Səddam Hüseyn və Yuqoslaviyanın eks-prezidenti Slobodan Miloşeviçin cinayətləri məhkəmə prosesində sübuta yetirilib. Atamın öldürülməsi təkcə beynəlxalq hüquq normalarının pozulması deyil, həm də təqsirsizlik prezumpsiyasının pozulması, insanı ədalətli mühakimə hüququndan məhrum etməkdir".
Qeyd edək ki, Üsamə bin Ladenin dördüncü oğlu olan Ömər atasının baxışlarını bölüşməyib və dəfələrlə "Əl-Qaida" üzvlərini dinc əhalini terror qurbanına çevirməməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB