Ceyhun Bayramov ilə Avropa İttifaqı Komissarı arasında telefon danışığı olub

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi arasında telefon danışığı baş tutub. SİA xəbər ki, bu barədə O. Varhelyi "Twitter"də bildirib.

"Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovu vəzifəyə təyinatı münasibətilə təbrik etdim. Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin, həmçinin aviasiya sazişinin tamamlanmasının vacibliyini müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq, Azərbaycan qazının Avropa İttifaqına və Qərbi Balkanlara çatdırılmasında qarşılıqlı maraqların olduğunu bir daha təsdiqlədik", - deyə Aİ-nin Komissarı vurğulayıb.

C. Bayramov isə "Twitter"də bildirib ki, tərəflər arasında yeni sazişin imzalanması ilə bağlı danışıqların nəticəsi, enerji sahəsində strateji tərəfdaşlıq və əməkdaşlıq perspektivləri də daxil olmaqla, Aİ-Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığı barədə maraqlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...