Poroşenkoya qarşı 58 cinayət işi açılıb VƏKİL

Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun vəkili İlya Novikov bildirib ki, müvəkkilinə qarşı 58 cinayət işi açılıb. SİA xəbər verir ki, bu barədə RİA Novosti yazır.

Bundan əvvəl isə Poroşenkonun digər vəkili İqor Qolovan bəyan etmişdi ki, ölkənin Təhlükəsizlik xidməti respublikanın sabiq rəhbərinə qarşı “Dövlətə xəyanət” və “Maliyyə terrorçuluğu” ittihamları da daxil olmaqla 15 cinayət işi açıb.

“Bizdən tez-tez soruşurlar ki, Poroşenkonun mövcud işlərinin sayı nə qədərdir. Biz bir daha deyirik ki, bilmirik, çünki həmin işlərdə daha nələrin olub-olmadığını dəqiq bilmirik. Ancaq indi 58 cinayət işinin dəqiq olduğunu deyə bilərik”, Novikov jurnalistlərlə söhbətində bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə