Ermənistanda koronavirusa yoluxanların sayı kəskin şəkildə, daha dəqiq desək, 257 nəfər artıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son sutka ərzində bu xəstəlikdən 3 nəfər ölüb.
Məlumatda həmçinin bildirilir ki, Ermənistanda 16 sentyabr tarixinə koronavirus virusuna yoluxanların sayı artaraq 46 376 nəfərə çatıb. Həmçinin qeyd olunur ki, Ümumi ölüm sayı 1206 nəfərə çatıb.
Nəzərə çatdırılır ki, hal-hazırda sözügedən virusa yoluxan 3101 nəfər xəstəxanalarda yerləşdirilib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB