“VƏTƏNİ TANI” Ümumrespublika Kampaniyasnın növbəti seçim turu Füzulidə keçirilib
Ölkəmizin ərazi bütövlüyünün tanıdılması, vətənpərvərlik ruhunun aşılanması, ölkə gəncləri arasında Azərbaycan xəritəsinin daha da dərindən mənimsənilməsinə nail olmaq məqsədilə təşkil edilən "VƏTƏNİ TANI" Ümumrespublika Kampaniyası çərçivəsində növbəti seçim turu keçirilib.
SİA-nın xəbərinə görə, Füzuli seçim turu da artıq yekunlaşıb. Füzuli rayonu Qayıdış qəsəbəsi 3 saylı orta məktəbdə baş tutan seçim turunun açılış mərasimində Milli Şuranın Baş Katibi və eyni zamanda Kampaniyanın rəhbəri Orxan Ərəbov bildirib ki, layihə bütün Azərbaycanı əhatə etməyi qarşısına məqsəd qoyub. Biz çalışırıq ki, ölkəmizin ərazi bütövlüyünü dünya ictimaiyyətinə çatdıraq.
150 gəncin iştirakı ilə keçirilən yarışmalarda sonda hər rayon üzrə bir nəfər elektron, bir nəfər isə puzzle formasında hazırlanmış xəritəni ən tez yığaraq respublika turuna vəsiqə qazanıblar.
Tədbirdən sonra işçi qrupu təmas xəttinin yaxınlığına səfər edib.
Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Torpaq Xəritəçəkmə Komitəsi, həmçinin "AVA" Skandinaviya klinikası, FİXED Borders dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB