Misirin daha bir naziri həbs olunub

Misirin daha bir naziri həbs olunub
Misirin keçmiş turizm naziri Zuheyir Qarranah korrupsiyaya görə 5 il həbs cəzası alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o, milyonlarla dollarlıq dövlət torpağını çox aşağı qiymətə satmağa icazə verməkdə ittiham olunur. Qarranah korrupsiyaya görə həbs olunan ikinci nazirdir.

Ondan əvvəl keçmiş daxili işlər naziri Həbib əl-Adli 12 illiyinə azadlıqdan məhrum edilib. Misirdə nümayişçilərin əsas tələbi prezident Hüsnü Mübarək də daxil olmaqla bir sıra məmurların cəzalandırılması idi.
Keçmiş prezident fevralın 11-də devrilib və hazırda Sarm əl-Seyxdə xəstəxanadadır. Ona qarşı səlahiyyətlərindən sui-istifadəylə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə