Yaponiyada baş verən zəlzələlər ölkə iqtisadiyyatının inkişafına təkan verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda Yaponiyada daşınmaz əmlak sahəsindəki proqress son 15 ildə rekord həddə çatıb. Buna səbəb martın 11-də Yaponiyada baş verən dəhşətli zəlzələdir. Belə ki, hadisə nəticəsində minlərlə evsiz qalan insanlar yeni evlərin tikintisi ilə bağlı ölkənin tikinti şirkətlərinə müraciət ediblər. Lakin müraciətlərin çoxluğu həmin şirkətləri çaşdırıb. Onlar bunun öhdəsindən gəlməkdə çətinlik çəkməyə başlayıblar.
Məlumat üçün nəzərinizə çatdıraq ki, ekspertlər Yaponiyaya zəlzələdən dəyən ziyanın 310 milyard dollar olduğunu hesablayıblar. Yaponiya hökuməti etiraf edir ki, zəlzələ nəticəsində ölkədə 5 mindən artıq ev tamamilə məhv olub, 2 min yarımdan artıq ev yarısalamat vəziyyətdədir, 56 min evə isə qismən zərər dəyib. Yaponiya hökuməti 30 min müvəqqəti evin tikilməsini planlaşdırır ki, 10 mindən artığı özəl şirkətlərin hesabına tikiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB