İsmayıl Cəlilov: “AXCP trolları çox pis, tərbiyəsiz cinayətkarlar sürüsüdür”
Bu gün Avropada mühacir həyatı yaşayan İsmayıl Cəlilovla AXCP sədri Əli Kərimli arasında ziddtiyyətlər səngimir. Xüsusilə də, İ.Cəlilovun “AXCP trolları çox pis, tərbiyəsiz cinayətkarlar sürüsüdür” deməsi bir yana, yenidən Əli Kərimlinin söyüş söyəninə "eşşək anqırar tayını tapar" cavbından “od tutub”. Ən başlıcası isə. İ.Cəlilov Əli Kərimlinin bu günə kimi, hələ belə “yuyub sərməmişdi”.
İ.Cəlilov Ə.Kərimlinin yan-yörəsinin tərbiyəsiz çoban olduğunu da bildirib: “Deyirəm ki, Kərimli utanmırmı? Görün ətrafında kimlər var. Mənə yazır məsləhət görürlər ki, bu mundarlarla işin olmasın. Başa düşürəm. Amma bilirsiz niyə paylaşıram? Əli Kərimlinin yan-yörəsində kimlər var, biləsiz deyə. Bunlar hamısı, tərbiyəsiz, çobana ehtiyacı olan əsl cinayətkarlar sürüsüdür”.
“Əli Kərimlinin «demokrat” ideyalarına tüpürmək belə istəmirəm”
İ.Cəlilov bu sözü ilə Ə.kərimlinin lap… yandırdı. Bildirib ki, Əli Kərimli kimi mənəviyyatını itirmiş əxlaqsızın «demokrat» ideyalarına tüpürmək belə istəmirəm: “Əli Kərimli və ətrafı bisavad «ölü canlar» olanlar məzarlığa çevrilmiş satqınlardır. Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. AXCP sədri Əli Kərimli əsl şeytan, iblis olmaqla yanaşı kənar güclərin əlində marionetdir. AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan sürüdür. Əli Kərimli “Əlinin papağını Vəlinin başına qoyaraq papaqsız qaldıqlarının fərqinə varmayaraq az qala kafe-şantan məzhəkəsi yaradırlar. Və AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla “mübariz”, “siyasi məhbus” elan etməyə həmişə hazırdır. Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrinin volüntarist kursundan fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub. AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir. Bir məqamı da deyim ki, Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən “907-ci düzəliş” də Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub. Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe. Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın…”.
Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvlərinin, naşılığının nəticəsi idi ki 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarıməzən işğalına baxmayaraq, ölkəmizə qarşı sarksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi.
Ə.Kərimli dövlət katibi postu tutduğundan sonra Dağlıq Qarbağa münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi ona həvalə olunmuşdu. Amma başı daha mühüm işlərə - məsələn, "Moskva" və "Naxçıvan" mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz fəaliyyəti ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemizdən də üstündür.
1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Əli Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi.
Əli Kərimli Brüsselə son səfəri zamanı iddia edib ki, Azərbaycanın indiki iqtidarıınn hakimiyyətdə qalması sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Onun məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin demədiyini də deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.
Əgər bu münaqişə hər iki ölkədə demokratiyanın bərqərar olması nəticəsində həll edilə bilərsə, onda Kərimli necə izah edə bilər ki, bu münaqişə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter Petrosyanın vaxtında pik həddə çatıb. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?! Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.
Ermənistanda "məxməri inqilab" başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Amma Keşikçi Dağ məsələsində bizim hərbçiləri cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik göstərir ki, Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.
Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. O, şəxi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan çəkinməyib. 27 ildir ki, uçurumun dibində olan Ə.Kərimli bu gün görəsən hansı “ağıl” və “düşüncə” ilə yol göstərir? Belə adamın göstərdiyi yolsa sadəcə, uçuruma aparan cığır ola bilər.
Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın...
Xəyanət xəyanəti gətirər prinsipi Kərimlinin siyasi kimliyinə artıq son qoyub
Ancaq Əli Kərimli bilməlidir ki, xalqın, dövlətin qarşısında onu qorxusu böyükdür. Haqqdan, bəzi məqamları xatırlatmaq istərdik. Yadındarısa, sən dövlət katibi olduğu dönəmdə daxili işlər naziri İsgəndər Həmidov “İstiqlal” qəzetinin baş redaktoru Zərdüşt Əlizadəni kabinetində döyüb, külqabını başına çırpmış, daha sonra qəzeti bir nüsxəsini ona yedirtmişdi. Əbülfəz Elçibəy nə qədər təkid etsə də, İsgəndər Həmidov jurnalistdən üzr istəmədi. Nazirə gücü çatmayan Əbülfəz Elçibəy əlacsız qalıb Zərdüşt Əlizadədən özü üzr istədi. Hətta İsgəndər Həmidov qəzetin nömrəsini ona yedirtmişdi də.
Belə hadisələr bir deyil, iki deyil. Və bu gün Ə.Kərimli nəyə əsaslanıb «ədalətdən, qanundan» danışırsan? Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. Siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Əlbəttə ki, bu Azərbaycan dövlətinin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin və dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.
Ona görə də, ermənixislətli satqın, əxlaqsız Ə.Kərimli bir faktı yüz müstəviyə inikas etdirib siyasiləşdirmək, məntiq eybəcərliyini ədalət axtarışı kimi qələmə verməklə sənin vicdansız, cinayətkar və satqın olduğunu sübuta yetirir. Və bu kimi sosial şəbəkələrdə avantürist çıxışlarınla "aydan arı, sudan durru" olduğunu göstərməyə çalışma!. Etdiyin xainlik tarixin heç vaxt unudulmayıb, Yaxın zamanlarda etdiyin cinayətlərin qanun və xalq qarşısında cəzasını çəkəcəksən! Və çağırışlarınız da küt baltalar kimi, nəticəsiz olacaq.
Bir sözlə, bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB