Türkiyə alman hərbi təyyarəsinin İrəvana enməsinin qarşısını alıb "SPİGEL"
Türkiyə iyulun sonunda Almaniya budesverinə məxsus hərbi təyyarəsinin ölkə üzərindən uçaraq, Ermənistana uçmasının və İrəvana enməsinin qarşısını alıb. SİA xəbər verir ki, bu barədə almanların “Spigel” jurnalı yazıb.
Nəşr qeyd edir ki, türk aviadispeçerləri “heç bir səbəb göstərmədən” təyyarənin öz ərazisi üzərindən uçmasına icazə verməyib. “Nəticədə Kölndən havaya qalxan Airbus 310 hərbi məqsədli təyyarə bazaya geri qayıtmaq məcburiyyətində qalıb”, dərgi yazır.
Bildirilir ki, hava gəmisi erməni hərbi qulluqçularının Almaniyada təlim keçmələri üçün İrəvana doğru istiqamət almışdı. Bundesverdə isə hesab edirlər ki, Türkiyə hərbi təyyarənin məhz məntəqə təyinatına görə öz ərazisindən uçmasına izn verməyib.
“Spigel” yazır ki, Türkiyə sonradan da bənzər mövqeyini yumşaltmayıb və avqust ayının ortalarında Almaniya Federativ Respubliklikasının hərbi hava qüvvələrinə məxsus təyyarə daha uzun marşrut xətti seçərək, erməni hərbçilərinin ölkələrinə daşınması üçün Rusiyanın üzərindən uçmağa məcbur qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB