International Data Corporation (IDC) analitik şirkəti cari ilin birinci rübündə ən iri smartfon istehsalçılarının bazardakı paylarını qiymətləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2011-ci ilin yanvar-mart ayları ərzində dünya üzrə müxtəlif proqram platformaları ilə işləyən 99,6 milyon smartfon satılıb ki, bu, 2010-cu ilin həmin göstəricisi (55,4 milyon) ilə müqayisədə 80 faiz artıqdır.
Dünyanın ən iri smartfon istehsalçısı olan Nokia adını qoruyub saxlaya bilsə də Finlandiya şirkətinin qlobal bazardakı payı il ərzində 38,8 faizdən 24,3 faizədək enib. Rüb ərzində Nokia 24,2 milyon smartfon sata bilib.
İkinci pillənin sahibi Apple şirkəti cari ilin birinci rübündə 18,7 milyon müxtəlif iPhone modellərini reallaşdırıb. Beləliklə, qlobal smartfon bazarının 18,7 faizi Apple-ın payına düşür.
İlk üçlüyü isə birinci rübdə 13,9 milyon smartfon satmış Kanadanın Research In Motion (RIM) şirkəti tamamlayır.
BlackBerry istehsalçının bazardakı payı 14 faiz, Samsung-un sahəyə nəzarəti isə 4,3 faizdən 10,8 faiz artıb. Üç əy ərzində 10,8 milyon smartfon satmış Cənubi Koreya şirkəti siyahının dördüncü yerindədir.
Beşinci pillənin sahibi HTC şirkəti cari ilin birinci rübü ərzində 8,9 milyon smartfon sataraq bazarın 8,9 faizinə nəzarət edir. Bütün digər istehsalçıların smartfon bazarında cəmi payı 23,2 faizdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB