“Karantin rejiminə riayət etmək dini etiqadlara qarşı çıxmaq deyil” ÖZƏL-MÜNASİBƏT
“Karantin rejmi və pandemiyaya qarşı mübarizə tədbirləri sadəcə Azərbaycanda tətbiq edilmir, bütün dünya ölkələində karantin rejmi tətbiq edilir və belə bir rejimdə, belə bir şəraitdə dini mərasimlərin, toplantıların keçirilməsi yolverilməzdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədrinin sözlərinə görə, karantin rejiminə riayət etmək, dini etiqadlara qarşı çıxmaq deyil: “İslam dini müqəddəsdir. Azərbaycan tolerant və multikultiral dəyərlərə sahib bir dövlətdir. Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Bu günə “Aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır. Aşura günü yəhudi və xristianlara görə də müqəddəs sayılır. Yəni anlamını, özəlliyini anlasaq belə, Aşura günü xüsusi olaraq, karantin rejiminə diqqət etməliyik, deyə düşünürəm.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb. Nəzərə almaq gərəkir ki, Həcc ziyarətləri belə pandemiyadan dolayı dayandırılıbsa, Aşura günü də, eyni qaydalara riayət olunmalıdır. “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir.
Hər kəsi pandemiyanı nəzərə alaraq, tətbiq edilən qaydaları anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıram. Dövlət Xalqın təhlükəsizliyini təmin etmək üçün, əlindən gələni edirsə, biz də bir xalq olaraq, dövlətimizin verdiyi qərarlara bir nəfər kimi riayət tmək bocunu unutmamalıyıq!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB