"Amulsar ətrafında baş verənlər dərəbəyliyin nümunəsidir" Robert Koçaryan

"Amulsar ətrafında baş verənlər dərəbəyliyin nümunəsidir" Robert Koçaryan

Amulsar qızıl yatağı ətrafında yaranmış vəziyyət təkcə mədən sənayesinin inkişafı ilə bağlı deyil, həm də dövlət idarəetmə sisteminin iflasının sübutudur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan bir qrup jurnalistə verdiyi müsahibədə söyləyib.

Robert Koçaryana görə, Amulsar mədəninin nə qədər təhlükəli olduğunu bilmir, amma o hesab edir ki, minimal risklər olsa belə, mədən işləməməlidir: “Əgər şirkət işləməməlidirsə, onda belə bir qərarı bir il yarım və ya iki ildir “dağı qoruyan” bir qrup şəxs deyil, dövlət verməlidir. Əlbətdə ki, insanların, ekoloqların emosional vəziyyətini başa düşürəm. Digər tərəfdən, hələ də nə ediləcəyinə qərar verə bilinməməsi dövlətin olmadığını göstərir”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə