Gülayə Səfərova: “İstər deputat, istərsə də adi vətəndaş, hamı qanun qarşısında bərabərdir” RƏY
“Ölkəmizdə heç kim qanundan üstün ola bilməz, istər akademik olsun, istər deputat, istərsə də adi vətəndaş, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar”. SİA xəbər verir ki, bu fikirləri "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirb.
“Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub”, deyən QHT sədri xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son günlər ölkəmizdə virusa yoluxma hallarının və həyatını itirənlərin sayının azalması, sağalanların və aparılan testlərin say çoxluğunu müsbət dinamika kimi dəyərləndirərək avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul etdi. Ancaq koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qoyulan qadağa isə qüvvədə saxlanıldı: “Lakin çox təəssüf ki, koronavirusun ilk effektiv peyvəndi tapılmayana qədər qoyulmuş qadağalara əməl etməli olduğumuz halda bəzi yüksək vəzifə sahibləri karantin qaydalarını pozaraq toy mərasimləri keçirdilər. Bu da cəmiyyətdə birmənalı qarşılanmadı, insanların haqlı olaraq narazılığına səbəb oldu”.
Qanunları pozan şəxslərin qanun qarşısına çıxarılaraq cəzalandırılmasının haqlı qərar olduğunu bildirən G.Səfərova həmçinin qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və heç kim, heç bir halda qanundan üstün ola bilməz.
“İstər akademik olsun, istər deputat, istərsə də adi vətəndaş, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar", G.Səfərova vurğulayıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB