Bu gün “Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq

Bu gün “Heydər zirvəsi”nə ənənəvi yürüş olacaq

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar 7 may 2011-ci il tarixdə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən "Heydər zirvəsi"nə (3751 metr) növbəti yürüş başlayacaq.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından SİA-ya bildirilib ki, H.Əliyevin xatirəsinə böyük ehtiram əlamətinin göstəricisidir ki, "Heydər zirvəsi"nə təşkil olunan yürüşlər artıq ənənəyə çevrilib və respublikanın müxtəlif bölgələrindən, şəhər və kəndlərindən bu aksiyalara qoşulan tələbə, ziyalı, fəhlə və kəndlilərin sayı ilbəil artır. Budəfəki yürüşdə Federasiyanın fəallarından başqa Azərbaycanın müxtəlif təşkilat və ali məktəblərindən 130 nəfərədək könüllü də iştirak edəcək.

Yürüşə rəhbərlik Azərbaycan Hava və Ekstremal İdman Növləri və Azərbaycan Alpinizm Federasiyalarının "Koordinasiya Şurasının" birgə qərarı ilə tanınmış təcrübəli alpinist Saridan Mursaqulova tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə