Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri gələn ay Bakı və Yerevana səfər etməyi nəzərdə tutur.
SİA-nın məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdikləri danışıqlardan sonra mətbuat konfransı zamanı bildirib.
“Bu səfərin gerçəkləşməsi üçün əvvəla vəziyyət normallaşdırılmalı, o cümlədən sərhəddəki toqquşmalara son qoyulmalıdır”, - rusiyalı nazir qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB