Polşanın cənub-qərbindəki Lublin şəhərində mədən işçilərinin etiraz aksiyası toqquşma ilə nəticələnib. Mis mədəni şirkətlərindən birinin işçiləri əmək haqlarının artırılması tələbi ilə aksiya keçirərkən təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib. Xəzər TV-nin xəbərinə görə, aksiyada 1000-dək şaxtaçı iştirak edib. Onlar şirkətin baş ofisinin önünə toplaşaraq, rəhbərliklə görüş tələb ediblər. Toqquşmalarda azı 6 polis əməkdaşının xəsarət aldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB