Gürcüstanın qərbyönlü partiyası - “Azad demokratlar” seçkilər ərəfəsində parçalanıb. Buna səbəb partiya siyahısı məsələsində fikir ayrılığının yaranmasıdır. Belə ki, təşkilatın sədri Şalva Şavqulidze və daha bir neçə tanınmış üzvlər “Avropa Gürcüstanı”na keçmək qərarını veriblər. SİA xəbər verir ki, bu barədə Sputnik Qruziya yazır.
Qeyd edilir ki, “Azad demokratlar” partiyası 2009-cu ildə Gürcüstanın sabiq müdafiə naziri İrakli Alasaniya tərəfindən təsis edilib. 2012-ci ildə siyasi təşkilat hakim “Gürcü arzusu” partiyası ilə koalisiyaya qoşularaq hakimiyyətə gəlib. Lakin iki il sonra yaranmış fikir ayrılıqlarına görə müxalifətə keçib. 2019-cu ildən isə partiya “Avropa Gürcüstanı – azadlığa doğru hərəkat” partiyası ilə koalisiyadadır.
“Məlumat vermək istəyirəm ki, mən “Azad demokratlar” partiyasını tərk etmək qərarını vermişəm. Səbəb partiyanın idarəçiliyində qeyri-sağlam mühitin yaranmasıdır”, Şavqulizde keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, partiyadan gedişinin daha bir əsas səbəbi siyahıların hazırlanması ilə bağlıdır. Hansı ki, partiya idarəçilərinin çoxu üç il təşkilatın ilində heç bir fəaliyyət göstərməyən insanın adının siyahıya salınmasını tələb ediblər.
Siyasətçi bildirib ki, onunla birgə partiyanı Nino Qoquadze, Sandro Baramidze və Georgi Kitiaşvili də tərk ediblər və onların birinci məqsədləri “Avropa Gürcüstanı” partiyasına birləşmək, seçkilərdə əməkdaşlıq etməkdən ibarətdir.
“Bununla da Şalva Şvaqulidze Mtatsminda-Krsanisi dairəsində müxalifətin namizədi olaraq qalacaq və eyni zamanda özünün təmsil olunduğu yeni partiyası adından çıxış edəcək”, yazan Spitnik Qruziya əlavə edib ki, belə bir hal – seçkilər ərəfəsində siyasətçilərin partiyalarından gedişləri ilk dəfədir ki, baş vermir. Belə ki, iki həftə əvvəl partiyanı Levan Samuşiya tərk edərək, “Gürcüstan üçün fəaliyyət” partiyasına transfer olunmuşdu.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB