"Ermənilərin əsil simasını dünya ictimaiyyətinə bəlli edəcəyik" ÖZƏL-MÜNASİBƏT

"Ermənilərin əsil simasını dünya ictimaiyyətinə bəlli edəcəyik" ÖZƏL-MÜNASİBƏT

"Rusiyanın 9-cu siniflər üçün "Rusiya tarixi. XIX əsr - XX əsrin əvvəlləri" dərsliyi (kitabın annotasiyasında qeyd olunduğu kimi) tarixi və mədəni standarta uyğun hazırlanıb və tələbələrin zehinsəl maraqlarını inkişaf etdirməyə yönəldilib. Dərslik Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi tərəfindən tövsiyə olunur. Müəlliflərin fikrincə, dərsliyin metodologiyası məlumatla müstəqil işləmək və ondan praktikada istifadə etmək bacarıqlarının formalaşmasına kömək edən sistem-fəaliyyət yanaşmasına əsaslanır. Müəlliflər rusiyalı uşaqlara saxta tarix öyrədirlər. Məhz, qeyd olunur ki, guya Şərqi Ermənistan 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən Rusiyaya verilib". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu kimi fikirlərin kitabda yer alması konkret məqsədlidir: "Eyni zamanda tarixi həqiqətlərin saxtalaşdırılmasına yönəldilibdir. "Türkmənçay" müqaviləsi və onun məqsədini biz bilirik. Amma burada hiss olunur ki, tarixi faktların manipuliyasiyası var. Məqsədli şəkildə insanların düşüncələri ayrı-ayrı istiqamətlərə yönəldilir və tarix saxtalaşdırılır. Buradakı fikir tamamilə əsasızdır. Ümumiyyətlə "Türkmənçay" müaqaviləsinə əsasən Şərqi Ermənistanın Rusiyaya verilməsi tarixi həqiqətlərin düzgün çatdırılmamasıdır. Amma biz bilirik ki, o dövrdə Şərqi Ermənistan yox idi. Ermənilərin bura haradan köçürüldüyünü bilirik. Bu tamamilə absurd məsələdir. O dövrdəki razılaşma ilə İrəvan və Naxçıvan xanlıqları Rusiyaya verilmişdi. Bu cür fikirlər tarixi saxtalaşdırılmasına istiqamətlənib.

Tarixdən də məlumdur ki, ermənilər bu ərazilərdə yaşamayıb. Onlar sonrakı dövrlərdə Türkiyədən, İrandan və digər ərazilərdən Azərbaycana köçürlüb. Ona görə də bu məsələlərdə diqqətli olmalıyıq. Bu cür saxtalaşdırılmalara yol vermək olmaz. Biz çalışmalıyıq ki, şagirdlərimizə, gənclərimizə, tələbələrimizə tarixi həqiqətləri olduğu kimi çatdıraq. Ermənistanın işğalçı fəaliyyətinə və bu gün bölgədə apardığı siyasətə müəyyən qədər xidmət etmək məqsədi daşıyır.

Bu çox yalnış fikirdir və gənclərimizin beyninin zəhərlənməsinə xidmət edir. Ona görə də bu məslədə hər birimiz diqqətli olmalıyıq. Çünki burada söhbət tarixi faktların saxtalaşdırılmasından gedir. Biz heç cür tarixi faktların saxtalaşdırılması ilə razı ola bilmərik. Ümumiyyətlə biz bilirik ki, ermənilər dünyanın ayrı-ayrı ölkələrində yalnış təxribatlar aparır və tarixi saxtalaşdırmağa çalışırlar. Ona görə də erməni yalanlarının ifşa edilməsi və onların əsil simasının açılması istiqamətində biz səylərimizi daha da gücləndirməliyik. Qətiyyətlə ermənilərin tarixi faktları saxtalaşdırma cəhdinin qarşısını almalıyıq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə