Müxalifət hələ də ötən əsrin 90-cı illərinin eyforiyasındadır - ÖZƏL - AÇIQLAMA
Müxalifət düşərgəsində elə partiya sədrləri var ki, onlar bir növ yedək funksiyasını yerinə yetirirlər. Yəni sədr olmalarına baxmayaraq başqa partiyaların və liderlərin siyasi maraqlarını yerinə yetirməyə çalışırlar. Misal kimi Cəmil Həsənlinin “Osmanqızı”TV-yə açıqlamalarında özünü “Milli Şura”nın sədri kimi deyil, AXCP-nn sıravi üzvi, Əli Kərimlini isə lideri kimi təqdim etməsini göstərmək olar. Sual yaranır, C.Həsənlinin özünü aşağılaması və Ə.Kərimlini lideri olaraq özündən üstün formada təqdim etməsi nədən irəli gəlir?
Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirib ki, keçən dövr ərzində müxalifət adlanan bir qrup insanın müxtəlif vasitələrə əl ataraq siyasi qüvvə olmağa çalışmalarına baxmayaraq xalqın dəstəyini almağa nail ola bilmədilər: “Müxtəlif qurumlar yaratdılar, gah "narıncı" oldular, gah "gülə" çevrildilər, ilin "fəsillərinə çevrildilər" “vahid namizəd” axtardılar və s. digər əməllərə əl atsalar da xalq birmənalı şəkildə onları dəstəkləmədi. Xalqın adından danışsalar da seçkilərdə xalqa arxalana bilməyib "boykot" deyib siyasi mübarizə meydanına girməkdən çəkindilər. Özlərinin siyasi mübarizə strategiyasının yoxluğu bunları ancaq müxtəlif xarici dövlətlərdə baş verən hadisələr zamanı ondan ideya alaraq hərəkət etməyə və yuxarıda qeyd etdiyim adlara və əməllərə söykənməyə vadar etdi. Bütün bunlar hər dəfə onların məğlubiyyəti və ifşası ilə nəticələndi. Yenə də son vaxtlar dünyada cəryan edən bəzi hadisələrdən ruhlanıb nəsə etməyə cəhd göstərirlər. Xüsusilə də sosial şəbəkələrdə daha aktiv görsənir, müasir komunikasiya texnologiyalarının nailliyətlərindən bəhrələnməyə çalışırlar. Son vaxtlar yenə bunlarda vahid lider xəstəliyi baş qaldırıb. Bunu xalqa sırımaqdan ötrü bir-birinə tərif deyərək lidr obrazı yaratmağa çalışırlar. Unudurlar ki, özləri aralarında kimisə lider kimi təqdim edə bilərlər, amma xalqa bunu heç cür qəbul etdirə bilməzlər”.
A.Xəlilov bildirdi ki, xalq dağıdıcı müxalif ünsürləri yaxşı tanıyır və nəyə qadir olduqlarını yaxşı bilir: “Ona görə də son vaxtlar “Milli Şura”nın rəhbərliyində olanların Əli Kərimlini lider kimi təqdim etməsi və özlərini sıravi göstərməsi bunların növbəti oyunlarından xəbər verir. Ancaq mahiyyət etibarı ilə heç nə dəyişmir ən azı təfəkkürlərində. Toplananların yerini dəyişməklə cəm dəyişmir. Xalq da bunu dərk edir və bunların nə etməsindən aslı olmayaraq dəstəyini ifadə etmir. Çünki xalq ötən əsrin 90-cı illərin acı tarixini unutmayıb. Bunların da elə 90-cı illərin təffəkründə və o dövrün eyforiyası ilə yaşadıqlarını bilirlər. Dünya inkişaf edir sənayedə yeni texnologiyalar yarandığı kimi, siyasətdə də yeniliklər hər gün demək olar ki, inkişaf edir. Kimsə demir ki, Azərbaycanda müxalifət olmasın, olsun amma söyüş və təhqirlə yox. Siyasi mübarizənin normal detallarına uyğun, dünyada qəbul edilən şərtlərlə mübarizə apara bilən müxalifət olsun. Yeniliyə, inkişafa söyənən müxalifət olsun. Liderini süni surətdə öz tərifləri ilə seçməyi yox, xalqın qəbul etməsinə çalışsın. Bu gün məhz xalqın qəbul etdiyi lideri var. Xalq Prezident İlham Əliyevə güvənir və Onun siyasətini dəstəkləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB