“Stiven Sakurla müsahibəyə gedərkən, başına sevimli kepkasını geyinmək, əlini isə bintlə sarımaq yadından çıxıb...”
Ermənistanın baş naziri Nikol Paşnyanın BBC rüsvayçılığı elə onun öz ölkəsində də istehza obyektinə çevrilib. Belə ki, onun ingilis dilində danışa bilməməsi, eləcə də Stiven Sakur tərəfindən verilən suallar qarşısında özünü itirməsi, demək olar ki, bütün ölkə KİV-lərində yazılmaqdadır.
SİA xəbər verir ki, “Qolos Armeniya” qəzetinin Nikol Paşinyana istehzalı yanaşmasına görə, hər kəs Stiven Sakura müsahibə verən yazıq baş nazirin üzərinə hücum çəkib. “Həmin gün bizim baş nazir üçün uğurlu olmayıb, hər şey isə ondan başlayıb ki, o, sevimli kepkasını geyinməyi və əlini bintlə sarımağı yadında çıxarıb”, yazılan yazıda bildirilir ki, məhz buna görə də nə danışdığının fərqinə varmayıb.
Eyni zamanda, “Mövzu yalnız koronavirus, iqtisadi inqilab və Robert Koçaryanın işi ilə bağlı olsaydı dərd yarı idi”, qeyd edilən məqalədə söhbətin Dağlıq Qarabağ problemindən də getdiyini yazan müəllif Paşinyanın özünü münaqişə tarixinin “dərin bilicisi” kimi aparmasına özünəməxsus şəkildə münasibət sərgiləyib.
“Axı 18-19 % erməni Azərbaycandan nə istəyir?”
Bu arada, haşiyə çıxaraq qeyd edək ki, Nikol Paşinyanın münaqişə başladığı tarixdə Qarabağda 18-19 faiz erməninin yaşadığını deməsi məsələsi də ermənilərin ciddi narazılıqlarına səbəb olub. Elə “Qolos Armenii” qəzetinin də sözügedən məqaləsində iddia olunub ki, guya münaqişə başlayarkən, Qarabağda 80-90% erməni yaşayırmış (?-R.R.) Lakin Paşinyanın ingilis dilini normal bilməməsi, eləcə də rəqəmləri səsləndirərkən yanlışlığıa yol verməsi onun 18-19 faiz üzərində dayanmasına səbəb olubmuş və s... SİTAT: “Yox, əlbəttə ki, biz burada, Ermənistanda anladıq ki, baş nazir Sakura ingilis dilində cavab verərkən ona “klas” göstərmək istəyib. İngilis dili isə elə çətin dildir ki, bu dildə onsəkkizi səksənlə, ondoqquzu doxsanla fərqləndirmək də çətinlik yaradır...”
Yox, biz əlbəttə ki, hər şeyi başa düşürük. Ancaq get bunu məşhur Birminqem şəhərindəki evdar xanıma, ya da nümunə üçün Torontoda başa sal. Onlar Paşinyanın dediklərini eşidərkən, səmimi şəkildə soruşacaqlar ki, axı 18-19 % erməni Azərbaycandan nə istəyir? Və nə əmr edərsiniz? XİN rəsmi şəkildə təkzib verməlidir? Paşinyan yenidən rükzakını taxıb və ingilis dilli ölkələrə səfərlər edib nə demək istədiyini anlatmalıdır? Pis ideya deyil əslində: dünyanı seyr etmək və özünü göstərmək...”.
Paşinyanın ingilis dili müəlliməsi günahkar çıxarıldı...
“Bax beləcə hər kəs yazıq baş nazirə hücuma keçib. Millətçilər, liberallar, patriotlar, qlobalistlər, pasifistlər, tarixçilər, jurnalistlər, ekspertlər, bloqerlər, hətta Erməni Milli Konqresindən Levon Zurabyan... O da deyir ki, bu cür ingilis dilinlə özünü haraya soxmusan?
Hətta bəziləri düşünürlər ki, Paşinyan vilayətçilik kompleksindən əziyyət çəkir. Əgər nədəsə uğur əldə edirsənsə və bu da sənə azlıq edirsə, sən hər kəsə sübut etmək istəyirsən ki, bütün məsələlərdə nəhəngsən. Yəqin ki, həqiqətən də belə bir məsələ var. Ancaq Ermənistanda bu kompleksə əsasən, Tavuş regionundan çıxanlar malikdirlər...”
Beləliklə, istehzalı məqalədə Nikol Paşinyanın belə bir vəziyyətə düşməsinin əsas günahkarlarından biri kimi Lilit Makunst da göstərilir. Bu, həmin L.Makuntsdur ki, Paşinyanın orta məktəbdə təhsil aldığı məktəbdə ona ingilis dilindən dərs deyib. Paşinyan isə hakimiyyətə gələr-gəlməz onu mədəniyyət naziri, sonra isə təhsil naziri vəzifəsinə təyin edib. Sonra isə L.Makunts nazir kürsüsündən parlament fraksiyasının rəhbəri kürsüsünə keçirilib.
“Bax, ona görə də biz düşünürük ki, Paşinyanın məsələsində günahkar məhz Lilit Makunstdur”, qeyd edən müəllif istehza ritorikalı yazısında Ermənistanın baş nazirini necə deyərlər, “yıxıb-sürüyüb”...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB