"Hələlik bilmirəm ki, Lukaşenko niyə 9 avqust seçkilərindən dərhal sonra yox, 7 gün sonra avqustun 16-da öz tərəfdarlarını dəstək aksiyalarına çıxardı. Ancaq məlumatlara görə, dünən Belarusun bütün şəhərlərində həm də müxalifətin tərəfdarları etiraz aksiyalarına başlayıb. Lukaşenko öz tərəfdarları qarşısında qısa çıxış edib və ilk dəfə olaraq "qarşınızda diz çökürəm" deyib. Putinlə iki dəfə danışdığını, ondan kömək vədi aldığını və mitinqçilərə hətta xaricdən hərbi müdaxilə təhlükəsinin də olduğunu deyib". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, 9 avqust seçkisinin daha bir nəticəsi bəyan olunub ki, Lukaşenko 3, Tixonovskaya 57 faiz səs alıb: "Əsas müxalifət namizədi Tixonovskaya hazırda Litvadadır, məlumatlara görə xalqa müraciət etməyə hazırlaşır. Kanadanın XİN-i Tixonovskayaya zəng edib və ona açıq dəstək verib. Belarusun Slovakiyadakı səfiri videomüraciət edərək etirazçı xalqın tərəfinə keçib. Müxalifətin digər nüfuzlu lideri Çepkalo isə ABŞ rəsmiləri ilə görüşmək üçün Polşaya gedib. Xaricdə Belarus Milli Qurtuluş hökuməti yaradılıb".
A.Quliyev bildirib ki, hazırda bütün dünyanın diqqəti bu suala yönəlib: "Putin Lukaşenkoya kömək edəcəkmi? Təəccüblü odur ki, əvvəla şəxsi münasibətləri çox bərbad haldadır. İkinci, ən əsas arqument budur ki, Belarus xalqı ukraynalılardan fərqli olaraq Rusiyaya çox mehriban münasibətdədir və Lukaşenkoya dəstək verilməsi ilə Belarus cəmiyyətinin rəğbətini itirmək kimi bir qorxu var. Hesab edilir ki, bu, Putini Lukaşenkoya dəstəkdən çəkindirə bilən ən böyük motiv ola bilər. Perspektivdə belarus xalqının Rusiyaya böyük rəğbəti olan bir şəxsi hakimiyyətə gətirmək reallığı var. Belədə Putinin Belarus cəmiyyətinin Rusiyaya simpatiyasına çox təsirli arqument kimi baxması doğru strateji düşüncənin təzahürü kimi görünür. Təsadüf deyil ki, Rusiya KİV-lərində siyasi vəziyyət tam şəkildə Lukaşenkonun əleyhinə olan konfiqurasiyada şərh edilir. Mənim təhlillərimə görə isə Lukaşenko yox, Belarus xalqının Rusiyaya simpatiyası indi Putinə kəsinliklə daha çox lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB