“Fövqəladə vəziyyət rejimini bir daha uzatmaq məcburiyyəti qarşısında qalırıq”. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin fövqəladə iclasında deyib.

Ermənistanın baş naziri fövqəladə vəziyyətin sonuncu dəfə uzadılacağına ümid etmək istədiyini dilə gətirib və ölkəsində vəziyyətin hökuməti bu addımı atmaq məcburiyyətində qoyduğunu etiraf edib. "Ümid etmək istərdim ki, fövqəladə vəziyyət rejimini son dəfə uzadacağıq. İndi fövqəladə vəziyyət rejimini bir daha uzatmaq məcburiyyətində qalırıq", deyə Nikol Paşinyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə