"Hər birimiz çox məsuliyyətli və diqqətli olmalıyıq" ÖZƏL-MÜNASİBƏT

“Hamı nəzərə almalıdır ki, pandemiya hələ bitməyib və xəstəliyin nə qədər davam edəcəyi ilə bağlı müxtəlif proqnozlar var. Hazırda dünyada növbəti dalğalar barədə geniş müzakirələr aparılır. Hələ də dünyanın müxtəlif bölgələrində pandemiya ilə bağlı dünyasını dəyişən insanların sayında artım müşahidə olunur. Bu, bizə söyləməyə əsas verir ki, proses tam səngiməyib. Narahatlıq üçün əsaslar hələ qalır”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, son günlər uzun müddət ölkəmizdə yoluxma sayında müşahidə olunan artımda azalma müşahidə olunmaqdadır: “Əvvəlki dövrlərdə 500 ətrafında olurdusa, indi 100 altındadır. Hazırkı rəqəm əvvəlki dövrlə müqayisədə daha diqqətçəkəndir. Son günlər möhtərəm Prezidentimiz İlham Əliyevin keçirdiyi müşavirədən sonra dövlətimiz insanlarımızın narahatlığını nəzərə alaraq bir neçə istiqamət üzrə yumşalmalara getdi. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək. Aidiyyəti strukturlar müvafiq araşdırmalar apararaq fəaliyyətə başlaması zəruri olan sahələrlə bağlı müvafiq qərar və addımlar atılacaq. Ancaq bu insanlarda tam rahatlıq yaratmamalıdır. Heç kim ehtiyatı əldən verməməlidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, əgər yenidən artım olunsa yenidən sərt karantin rejimi tətbiq oluna bilər. Bunun baş verməməsi üçün hər birimiz çox məsuliyyətli və diqqətli olmalıyıq.

Son günlər aparılan müşahidələr göstərir ki, küçələrdə, yol və prospektlərlə əhalinin sıxlığı müşahidə olunur. Dünən çimərliklərdə əhalinin sıxlığı müşahidə olunurdu. Sanki insanlar tam rahatlaşıblar. Bu, tamamilə yolverilməzdir. Anlayırıq, yaydır, hər kəs istirahət etmək istəyir, ancaq balans qorunmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...