Erdoğan: "Allahın bizlər üçün yazdığı ömrü kimsənin qısaltmağa və uzatmağa gücü çatmaz"
"Allahın bizlər üçün yazdığı ömrü kimsənin qısaltmağa və uzatmağa gücü çatmaz. Xalqa xidmətin haqqa xidmət olduğuna inanaraq biz bu yola çıxdıq və 780 min kilometrlik əraziyə malik bu vətən torpaqlarını biz kimsəyə böldürməyəcəyik". SİA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan avtomobil karvanına ötən gün edilən silahlı hücuma münasibətini bildirərəkən deyib. Rəcəb Tayyib Ərdoğan bunu seçkidə məğlubiyyətlərinə əmin olan şəxslərin həyata keçirdiklərini bildirib.
Qeyd edək ki, ötən gün Türkiyədə baş nazirin maşın karvanına silahlı hücum olub. Nəticədə 1 polis əməkdaşı ölüb, 2 nəfər isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB