Bütün dünyada Azərbaycanın diaspora fəalları Ermənistanın cəbhədə təxribatlar törətmələrinə etiraz əlaməti olaraq silsilə etiraz aksiyaları keçirir və erməni terrorçularının cəzalandırılması tələbləri ilə çıxışlar edirlər. Bu arada ermənipərəst mövqedən çıxış edən Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digərləri xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq və vəhşilik kimi qələmə verirlər. Bu cür üzüdönüklük və riyakarlıq, yaramazlıq nədən qaynaqlanır? “Yurddaş” partiyasının sədri Mais Səfərli “Səs” qəzetinə açıqlamasında bildirdi ki, düşmən Ermənistan ona sahiblik edən qüvvələrin, himayədarlarının fətvası ilə yenidən üstümüzə gəlmək istədi, lakin bu dəfə də ordumuz ermənilərin çoxsaylı canlı qüvvəsini və zirehli texnikasını məhv etməklə, onları geri otuzdurdu: “Bildiyiniz kimi, ordumuz Tovuzla sərhəddə düşmənə çox ciddi zərbələr vurub, hələ uzun müddət düşmən Ermənistan bu zərbələrdən özünə gələ bilməyəcək. Lakin ermənilər öz itkilərini başqa müstəvilərdə bərpa etmək istəyirlər. Bu gün Avropanın, Amerikanın və digər ölkələrin şəhərlərində, küçələrində azğınlıq, həyasızlıq edən radikal erməni gəncləri həmin ölkələrdə təhsil alan, yaşayan və müxtəlif səbəblərlə həmin ölkələrə getmiş və orada qalmış həmvətənlilərimizə qarşı sözün həqiqi mənasında vəhşiliklər törədir, vandalizm aktları törədir, soydaşlarımıza qarşı fiziki güc tətbiq edirlər. Artıq bizim həmvətənlərimizdən çoxlu sayda ağır xəsarət alanlar var. Bütün bunların qarşısını almaq üçün millətimiz, dövlətimiz çox ciddi şəkildə istər diplomatik, istər hüquqi, istərsə də siyasi müstəvidə ciddi addımlar atır və erməni vandalizminin qarısının alınması üçün dövlət strukturları bütün səylərini artırır”.
M.Səfərli onu da bildirdi ki, ermənilərin, əslində bu gün küçələrdə sərgilədikləri davranış onların genetik zəifliklərindən, qorxaq erməni xislətindən irəli gəlir: “Lakin burada məni daha çox narahat edən məsələ adını azərbaycanlı qoyub erməni dəyirmanına su tökən insanların anormal davranışlarıdır. Uzun illərdir Amerikadan sosial şəbəkələr və “Yutub” vasitəsi ilə verilişlər yayımlayan Sevinc Osmanqızı bu gün bir başa erməni mövqeyi sərgiləyir. Unutmaq lazım deyil ki, bu qadının atasını da, məhz ermənilər 1990-cı ildə vertolyot qəzasında öldürüblər. Yəni bu xanımın ermənilərə belə bir məhəbbətinin olması Azərbaycan xalqında nifrət hissi yaradıb. Bir sözlə, Sevinc Osmanqızının sərgilədiyi ermənipərəst mövqe ona qarşı dərin nifrət yaradır. Sevinc Osmanqızının müxalifətçilik mövqeyini başa düşmək olar, yəni hər an əlinə fürsət düşən kimi, Azərbaycan dövlətinin gördüyü işlərə qarşı yalandan-palandan nə gəldi danışır, amma ermənilərlə bağlı bu mövqedə olması S.Osmanqızı xalqın nifrətini özünə qarşı yönəldir. Eyni məsələni Arif Məmmədov haqqında da demək olar. Keçmiş diplomat Arif Məmmədovu da başa düşmək olmur ki, o, nə haqla ermənilərin tərəfindədir və hansı haqla erməniləri müdafiə edir. O cümlədən də, Vidadi İsgəndərli haqqında da bunu demək olar. Bu gün Vidadi İsgəndərli də durub erməniləri müdafiə edir. Bu insanların bu cür hərəkətləri başa düşülən deyil. Ümumiyyətlə, bütün dünya bilir ki, ermənilər işğalçı tərəfdir. İşğalçıya azərbaycanlı olduğunu iddia edən şəxslərin haqq qazandırması onların azərbaycanlı olmalarına şübhələr yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB