"Los Ancelesdəki ermənilərinin arxasında mütəşəkkil siyasi və cinayət qrupu dayanır. Onların adı Amerika erməni assambleyasıdır. Ermənilər bu işləri özbaşlarına etməyiblər. Onların havadarlarının verdiyi istiqamət üzrə bu addımları atıblar. Əslində, bu onu göstərir ki, Amerika erməni lobbisi və onun mühüm qanadı olan Amerika erməni assambleyası mərkəzi-siyasi planları güdür və əllərindən gələn bütün vasitələrə əl atır ki, çirkin planlarını həyata keçirsinlər". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, ermənilər Konqresdə lobbiçilik fəaliyyəti göstərirlər və həmçinin Kaliforniyada müxtəlif mühüm vəzifləri onların adamları tutub: "Ona görə də, çox rahatlıqla demək mümkündür ki, onların havadarları var və onların çirkin əməllər üçün istifadə etdikləri əlaltıları var və onlardan lazımınca istifadə edirlər. Bu məsələ ilə bağlı sözsüz cinayət işi qaldırılmalıdır. Bu cinayət tərkibli bir məsələdir və Kaliforniya polisinin bu məsələyə lazımı reaksiya verməməsi təəssüf doğurur. Biz bilirik ki, ABŞ-da polislə bağlı problemlər, qaradərililərlə bağlı çoxlu şikayətlər var, lakin bu yanaşmaya qarşı Azərbaycan diasporasının səsi uca olmalıdır".
İ.Vəlizadə vurğulayıb ki, bu məsələ lazımı qiymət alana qədər gündəmə gətirilməlidir: "Çünki erməni quldur dəstələrinin öhdəsindən yalnız hüquq-mühafizə orqanları gələ bilər. Bu onu göstərir ki, erməni lobbisi təkcə siyasi fəaliyyətlə deyil, eyni zamanda banditizmlə məğul olurlar. Müxtəlif çirkin vasitələrlə öz əleyhdarları ilə mübarizə aparırlar. Düşünürəm ki, biz gələcəkdə daha diqqətli olmalı və onların cinayət meyillərini nəzərə almalıyıq. Bu hadisələr onu da göstərir ki, biz haqq işimizi davam etdirməli, əsla dayanmamalıyıq. Bunlar təkcə siyasi qrup deyil, həm də təhlükəli cinayətkar dəstədirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB