Ağır yol-nəqliyyat hadisəsi baş verib, 16 nəfər ölüb

Ağır yol-nəqliyyat hadisəsi baş verib, 16 nəfər ölüb

Nepalın qərbində, paytaxt Katmandu şəhərindən 335 km aralıda çoxsaylı insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu dağlıq ərazidən keçərkən 300 metr dərinliyi olan dərəyə aşıb. Baş vermiş qəza nəticəsində 16 nəfər ölüb, onlarla insan xəsarət alıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Sərnişinlərin dəqiq sayı və qəzanın səbəbi barədə məlumat verilmir.

 

Xatırladaq ki, ötən gün Nepalda içərisində 60 nəfərin olduğu sərnişin avtobusu Sankoşi çayına aşıb. Baş vermiş qəza nəticəsində 10 nəfər ölüb, 50 nəfər itkin düşmüş hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə