“Ermənistanı tərk edənlərin sayı gələnlərin sayından çoxdur” “Joxovurd” qəzeti yazır
Ermənistanı bu il yalnız hava yolları ilə 8.078 nəfər tərk edib və bu ilin altı ayı ərzində geri qayıtmayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
Qəzet yazır ki, Mülki Aviasiya Baş İdarəsinin verdiyi məlumata görə, yanvar-iyun aylarında Zvartnos hava limanından 280 741 sərnişin yola düşüb, amma 273.548 sərnişin ölkəyə gəlib. Mənfi saldo və ya miqrantların sayı 7193-dür. İdarənin məlumatına görə, həmin dövrdə Gümrü Şirak hava limanından isə 14 min 209 sərnişin yola düşüb, amma 13 min 324 sərnişin ölkəyə daxil olub ki, burada da mənfi saldo 885 nəfər olub. Yəni bu ilin altı ayında tək hava yolu ilə miqrasiya 8,78 nəfər təşkil edib. Daha bir fakt da indan ibarətdir ki, insanlar Ermənistanı əsasən quru yolu ilə tərk edirlər.
“Bu ilin yanvar-mart aylarının nəticələrinə görə, Ermənistanı hava yolu ilə tərk edənlərin sayı gələnlərin sayından çoxdur. Bu ilin yanvar-mart aylarında 269 min 72 sərnişin gedib, 257 min 639 sərnişin gəlib. Yəni 11 433 nəfər iki hava limanından keçərək ölkəyə qayıtmayıb”, deyə qəzet qeyd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB