Bin Laden arvadlarına yenidən ərə getməməyi vəsiyyət edib

Bin Laden arvadlarına yenidən ərə getməməyi vəsiyyət edib
Xüsusi əməliyyat nəticəsində məhv edilən "Əl-Qaidə" terror şəbəkəsinin lideri Üsama bin Ladenin vəsiyyəti açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, lider övladlarına "Əl-Qaidə" terror təşkilatına qoşulmamağı vəsiyyət edib. Bundan əlavə terror şəbəkəsinin lideri vəsiyyətində "cihada meylli" olduğu üçün övladları ilə lazımı qədər vaxt keçirə bilmədiyini təəssüflə qeyd edib. O arvadlarına onun ölümündən sonra ərə getməyi də qadağan edir.
Qeyd edək ki, vəsiyyətdə həmçinin onun ətrafındakı insanların xəyanəti nəticəsində qətlə yetiriləcəyi barədə də məlumat var.

Bütün xəbərlər Facebook səhifəmizdə