"Növbəti qələbəmiz Dağlıq Qarabağda olacaq" ÖZƏL - AÇIQLAMA

"Növbəti qələbəmiz Dağlıq Qarabağda olacaq" ÖZƏL - AÇIQLAMA

"İşğal edilmiş torpaqlarımız uğrunda müharibə etməyə olan bu yüksək ruh torpaqlarımızın erməni işğalı altında qalmağı ilə razılaşmamağımızın göstəricisidir və bütün dünya da bunu müşahidə edir. Əgər bu məsələyə hamı səbirlə yanaşsa növbəti qələbəmiz Dağlıq Qarabağda olacaqdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələrlə bağlı ölkəmiz həsas dövrünü yaşayır: "Əhalimizin içində işğal altında olan torpaqlarımızın azad edilməsində səfərbər olunmaq, dövlətin və Azərbaycan Respublikası Prezdentinin yanında olmaq hisləri daha da güclənmişdir. Təbii ki, bizim hərbi potensialımız, ordumuzun peşəkarlığı və vətəndaşlarımızın döyüşmək ruhu çox yüksəkdir və bunu çox yüksək dəyərləndirirəm. Bütün dünyada yaşayan soydaşlarımız da ölkəmizə həmişəkindən də yüksək dəstək verir. İşğal edilmiş torpaqlarımız uğrunda müharibə etməyə olan bu yüksək ruh torpaqlarımızın erməni işğalı altında qalmağı ilə razılaşmamağımızın göstəricisidir və bütün dünya da bunu müşahidə edir".

Onun sözlərinə görə, indiki vəziyyətdə dövlətimiz və xalqımız səbirli olmalı, tələsik atılan addımlardan qaçınmalıdır: "İndiki vəziyyətdə səbirli olmaq lazımdır. Tələsik atılan hər bir addım böyük səhv etməyimizə gətirib çıxara bilər. Ölkə Prezidenti dünya siyasətini dərindən bilən və zamanında vacib qərarları qəbul edə bilən böyük liderdir. Düşünürəm ki, nə vaxt hücuma keçmək lazım olduğunu ölkə başçısı yaxşı bilir. Biz, vətəndaşlar olaraq emosiyalarımıza uymadan Ali Baş Komandanıın qərarını gözləməliyik. Biz, vətəndaşlar olaraq səbir və təmkin nümayiş etdirərək düzgün qərar qəbul edilməsində ölkə Prezidentinə dəstək verməliyik. Biz, Prezidentimizin güclü siyasi iradəsi ilə beynəlxalq siyasətdə düşmənimizin üzərində qələbə çalmışıq. Əgər bu məsələyə hamı səbirlə yanaşsa növbəti qələbəmiz Dağlıq Qarabağda olacaqdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə