Vətəni, milləti satanlar nə haqla vətənpərvərlikdən dəm vurur?

Yaxud Əli Kərimli xalqın orduya, dövlətə dəstək yürüş-mitinqindən yararlanmaq istəməsi təəccüb də doğurmur

Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar''. Səbəb aydındır. Satqın zehniyyəti nədən qaynaqlanır? Əlbəttə, maliyyə-pul arqumenti? Satqın yalnız məntiqləmi düşünür? - suallarına mütləq olmasa da, elmi cavablar var. Alınan nəticələr göstərir ki, sən demə, işin kökü yalnız acgözlük və pul deyil. Kimsə doğrudan da varlanmaq üçün xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə - xəyanətin qiyməti «yüksəkdir”. Satqın üçün hər şey - satlıq maldır, Əli Kərimli kimilər üçün.

İyulun 12-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozaraq, Azərbaycan ordusunun bölmələrini, rayonun yaşayış məntəqələrini atəşə tutublar. Təbii ki, ordumuz Ermənistanın bu təxribatının da qarşısını alıb və ermənilər öz yerlərinə geri otuzdurulub. Azərbaycan Ordusunun dəqiq zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinə məxsus dayaq məntəqəsi, ağır texnika və çoxsaylı hərbçi məhv edilib. Bu, qürurverici deyilmi? Bu cür igid, mərd hərbçiləri olan ordu alqışa, hörmətə, sevgiyə layiq deyilmi?

Təəssüf ki, döyüşlər zamanı itki də qaçılmaz olur. Ordumuz bu döyüşlərdə şəhid verib. Xalqımız son dəfə öz yaşadıqları evlərə gətirilən şəhidlərimizi qarşılayıb, onları son mənzilə yola salıb.

Doğrudur, orduya dəstək yürüşü iştirakçılar Dağlıq Qarabağda erməni işqalçılarına qarşı müvafiq tədbir görülməsini tələb edirdi. Ali Baş Komandandan vuruşmaq üçün silah istəyirdi. Azərbaycan iqtidarına, Prezident İlham Əliyevə və orduya dəstəyini ifadə edirdi. Lakin təəssüflər olsun ki, son bir saat ərzində vəziyyət dəyişdi, bir qrup ifrat radikal müxalifətin hazıladığı təxribatçı Milli Məclisin binasına zorakılıqla girdi və bu anda polis müdaxilə etmək məcburiyyətində qaldı. Yekunda meydanda qalan azsaylı iştirakçılar Daxili Qoşunların əsgərləri tərəfindən oradan uzaqlaşdırıldı. Polis korrekt davranış nümayiş etdirdi.

Fazil Mustafa: “Bu, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi”

“Bu Vətəni sevən, onun şəhidi üçün göz yaşı tökən, ordumuzun zəfəri üçün dua edən, dövlətimizin ayaqda qalmasını istəyən insanlar, vətəndaşlar! Bu gecə baş verənlər, 1992-ci ilin Xocalı hadisələrindən sonrakı ssenariyə bənzəyən bir durum idi. İnsanların Vətənə, onun şəhidinə sevgi hissələrini dövlətə qarşı yönəldə bildilər. Bu sıradan bir təxribat deyildi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Bir azdan soyuqqanlı düşünəndə çoxunuz deyəcəksiniz ki, mən niyə bu addımlara alət oldum. Necə ki, 28 il geriyə baxanda o nəslin insanlarından biri kimi, biz də bunu deyirik. Xocalı emosiyasının ardından hakimiyyət boşluğunun yaranması nəticəsində Şuşa və Laçın getdi. İndi də erməninin təxribatı ilə paralel düşmən qarşısında sinəsini sipər edən əsgərlərimizə dəstək verməli olduğumuz halda, düşünülmüş şəkildə prosesləri Bakıya yönəldə bildilər. Şəhid üçün ehtiram, sevgi yürüşünü ali qanunvericilik orqanına daxil olub dağıntıya məruz qoymaqla tamamladılar”. Bunu Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa deyib.

F.Mustafanın sözlərinə görə, bu o deməkdir ki, istənilən mobil provakator qüvvə səmimi niyyətli insanların hərəkətlərinə kölgə sala bilər: “Bu qüvvə inanın ki, ölkəmizin xaricindən idarə olunur. Gec deyil, bütün dövlətini sevən insanlar bu dövlətin zərər görməməsi üçün sağlam mövqe nümayiş etdirməlidir. Öz dövlətinin müstəqilliyinə həssas insanlar laqeydlik göstərsələr, müşahidəçi rolunda prosesləri izləməyə davam etsələr biz bu dəfə Azərbaycanı itirəcəyik və kimlərəsə arzuladığı hakimiyyət də qismət olmayacaq. Xüsusilə də sosial şəbəkələrdə çağırışlara diqqət etməliyik, vətəndaşları qanunlara əməl etməyə çağırmalıyıq. Son iki günün hadisələrindən sonra onsuz da virusun yayılması daha ciddi şəkil alacaq, kütləvi aksiyalarda maskasız və sosial məsafəsiz iştirak edənlərin bir-birinə xəstəliyi yoluxdurması qaçılmazdır. Ona görə də dövlətimizə erməni canilərinə qarşı və koronavirusa qarşı mübarizədən başqa cəbhə açmaq böyük milli faciəyə gətirib çıxara bilər. Bu hadisələr həm də onu göstərdi ki, ölkədə çox ciddi istisadi və sosial yönümlü islahatlar aparılmalıdır, insanların məşğulluq problemi formal statistikadan uzaqlaşaraq real zəmində həll edilməlidir. Yerində olmayan, səriştəsiz məmurlar təcili dəyişdirilməli, xalq üçün çalışmaq niyyəti olanlar iş başına gətirilməlidir. Yəni bu nöqtədən sonra küçələrdə heç bir məsələnin çözülməsinə dövlət və xalq olaraq imkan verməməliyik, pası vətəndaşların dəstəyinə dayanan islahatlara ötürməliyik”.

Təəssüf ki, mitiqin-yürüşündən istifadə edən bir qrup təxribatıçı ifrat radikalların qabaqcadan hazırlanmış planın həyata keçirmək üçün Milli Məclisin binasına hücum etdilər. Bəlli oldu ki, bu təxribatı törədənlər yenə də «erməni dəyirmanına su tökən» satqın iblisxislətdi Əli Kərimli kimilərdir. Əgər belə olmasaydı elə həmin anda sosial şəbəkələrdən çağırışlar etməzdilər.

İblis xislətlilər yenə də öz əməllərində…

Elə həmin andan yenidən sosial şəbəkələrdən çağırışlar edən qeyrətsiz, əxalaqsız, satqın Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı kimi satqınlar deyirlər “qanınız axıdılana qədər qeyrətiniz olsun irəli gedin, meydanları tərk etməyin, qoy görsünlər ki, Azərbaycanda söz azadlığı yoxdur”. Doğurdan da, düşməni başqa yerdə axtarmaq lazım deyil. Təəccüblü deyil... Çünki satqın və istifadə olunanların anladıqları budur. Belə bir deyim var: «xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır». Lakin Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və …kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Və belələrindən bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Və yenə də vurğulayıram ki, əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını «müxalifətin qələbəsi» kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqın və istifadə olunan Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmaqızı… kimilərin canındadır, qanındadır. Elə bədəxtlik də bundadır.

“Vətən”, “millət” deyənlər bir geriyə baxsınlar

Amma onlar geriyə çevrilməkdən qorxurlar. Çünki geridə 1992-93-cü illərdə xalqa etdikləri zülm, yaratdıqları vətəndaş müharibəsi, xalqın əmlakını talan etmə faktları və digər günahları onların gözünə görünə bilər. 1992-1993-cü illərdə Azərbaycan prezidenti olmuş Əbülfəz Elçibəy: «RÜŞVƏT ALANDA MİLYONLARLA DOLLAR ALIRSINIZ. ALIRSAN, HEÇ OLMASA YÜZ MİNLƏRLƏ AL, BEŞ MANAT AL, İNSAFLA AL. Deyirlər, 200 min dollar verməlisən, yoxsa səni gömrükdən buraxmayacam, çünki sən 400 min dollar qazanacaqsan. Gəl qazancı yarı bölək...”. Və bu gün sosial şəbəkələrdə Vətənini, torpağını satılıb-satan AXCP sədri Əli Kərimli, «Milli Şura» deyilən satqınlar yuvasına sədrlik edən, saçına, «başına» hörmət etməyən Cəmil Həsənli həyasızcasına AXC-Müsavatla bağlı dövlət başçısının dediyi real faktları özlərinə sərf edən formada «təhlil» edərək bu günkü uğurlara kölgə salmağa çalışırlar.

Və özünü «lider» adlandıran Əli Kərimli ən birinci cinayətkar və xəyanətkar deyilmi? Məşhur fransız ədibi Viktor Hüqo dediyi kimi: “Vətənini rüsvay etmək - ona xəyanət etmək deməkdir”.

Bu gün Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi satqınlar bugünkü vəziyyətdə süni səs-küy, böhtanlar yağdırmaqla xalq, millət sevgisi qanacaqlarına ümid edirlər. Ancaq anlamırlar ki, xalqın birə-on nifrətini qazanırlar.

Çünki tarix unudlumur. Əgər sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi «siyasi mübarizə» adlandıraraq özlərini «əsl müxalifətçi» hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox…

Eynulla Fətullayev: "Əli Kərimli quduz oğru itlərindən də pisdir"

Jurnalist Eynulla Fətullayev özünün facebook hesabında AXCP sədri və onun tərəfdarlarına həsr etdiyi statusda ilginc iddia ilə çıxış edərək bildirib ki, Əli Kərimli və digər murdar cəbhənin virusları oğru itlərdir: "Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar Ayaz Mütəlibovdur. 1992-ci ildə bu nadan siyasi kütləni quduz itləri kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... E.Fətullayev, həmçinin 14 iyul mitinqinin sonra AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə ABŞ-da yaşayan xəyanətkar Sevinc Osmanqızının verilişindən xalqı iqtidarın deyil, müxalifətin mətbuat orqanlarını oxumağa çağırış etməsi, Əli Kərimlinin “hökumətin gözü arxada qalmasın, düşməni yerində oturtmaq üçün bütün resurslar səfərbər edilməlidir” deməsini əsl satqınçılıq, xəyanətkarlıq, riyakarlıq və nəhayət, həyasızlığın son həddi olduğunu deyib. 27 il ərzində dəyişməyən iyrənc alçaqları Azərbaycan siyasətindən, Azərbaycan məmləkətindən təmamilə silmək lazımdır! Bu murdar kütləyə tarixdə 2-ci şans verilməməlidir. Vəhşi siyasi qüvvəni hakimiyyətə buraxmaq olmaz!!! Soruşmaq lazımdır ay Əli Kərimli sən o küt , mənəviyyatı çirkabla dolu vicudunla danışmağa nə haqqın var?.

Bu yerdə ALP-nin keçmiş sədri Lalə Şövkətin dəfələrlə Əli Kərimlinin alçaq, çox əxlaqsız adlandırması ilə bağlı fikiroləri yadıma düşdü: "Azərbaycan siyasətində Əli Kərimli kimi belə bir mənəviyyatsızlıq görməmişdim. Adam düşmən olanda gərək kişi kimi düşmən olsun. Əli Kərimlidən çox alçaq səviyyə düşmənçilik gördüm. Əslində, Əli Kərimlinin kimliyi haqqında çox yazılıb, çox deyilib. Ancaq "kişi" olmaq Əli Kərimliyə aid deyil".

KXCP-nin sədri Mirmahmud Fəttayev də Ə.Kərimliyə keçmişi xatırladaraq onun bu gün siyasi arenada hörməti olmayan və küncə sıxışdırılmış xəyanətkar və satqın olduğunu bildirib: "Bu gün Azərbaycan gerçəkliyində Əli Kərimli xəyanətkarlığı var, özü də saya gəlməz xəyanətləri...1995-ci il... Ə.Kərimli AXC-ni partiyaya çevirmək tapşırığını uğurla yerinə yetirdi və mandat sahibi oldu. 1996-cı il... AXCP daxilindəki "Yurd" funksiyası partiyanı tam özəlləşdirmək üçün fəal cəbhəçilərə, hərəkatçılara qarşı təzyiqlərə başladı, bir çox insanı cəbhədən uzaqlaşdırdı. 1997-ci il... Xaricdən aldığı maliyyə dəstəyi nəticəsində, Əli Kərimli media vasitəsilə Əbülfəz Elçibəyə zərbələr vurdu, 2005-ci il... Ə.Kərimlinin Ruslan Bəşirli olayı və çevriliş planı fiaskoya uğradı. 2008-ci il... Qənimət Zahidi qurban verib diqqəti özünə çəkən Əli Kərimli Sem dayısından pul almaq üçün planlar qurdu. Aqil Xəlil deyilən olayı da Əli Kərimlinin qurduğu iyrənc oyunlardan biri idi. Məlum oldu ki, Aqil Xəlili bıçaqlayan küçədən keçən şəxs deyil, məhz Əli Kərimlinin yaxından tanıdığı mavidir. Beləcə Əli Kərimlinin bu planı da suya düşdü. O, qazdığı quyuya özü düşdü. Ə.Kərimli həm də Ermənilərin dostudur. O, bu "fəxri damğa"nı böyük iftixarla daşıyır"..

Təxribat törədənlər cəzalandırılmalıdır

Dünənki mitinq yürüşü də əllərinə düşən məqam idi ki, bundan yararlanmaq istədilər. Ancaq mümkün olmadı. Çünk güclü Azərbaycan dövlətinin öz qanunları var. Və Azərbaycan xalqı nə 90-cı illərin düşüncəsinə malikdir, nə də ötən illəri də unutmayıb. Və Azərbaycan xalqı artıq kimin kim olduğunu yaxşı xatırlayır. Bu gün Şuşanı erməniyə təslim edən Rəhim Qazıyev kimi satqın və Vətən xaininin təxribat xarakterli çağırışlarını xalq heç vaxt unutmayıb. Çünki onların heç birinin niyyəti əsgərə və orduya dəstək deyildi. Əksinə bu niyyətdən maksimum yararlanmaq idi.

Və müharibə getdiyi bir zamanda belə addımlar atan təxribatçılara qarşı qanunun bütün tələblərindən istifadə edilməli və sərt qaydada cəzalandırılmalıdırlar. Bu gün Azərbaycan xalqı öz Ali Baş Komandanına, ordusunun gücünə tam inanır və heç bir təxribat bu inamı sarsıda bilməz.

Və bütün bunlardan sonra istər Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və bu kimi satqınların Azərbaycan xalqı adından danışmağa, ümumiyyətlə, bu ölkədə yaşamağa hüququ varmı...?!

Artıq, bu sualın da cavabını hüquq-mühafizə orqanları versələr daha yaxşı olardı. Çünki bu məsələ get-gedə daha çox qabarmaqdadır...

Və xalqımız əmin olsunlar ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar.

Ancaq polis maşınını çevirənlər, "allahu əkbər" deyib parlamentin binasına soxulanlar cəzalandırılmalıdır, həm də ən sərt şəkildə, birmənalı!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...