“Ermənistan polisində sürətli kadr dəyişikliyi” “Hraparak”

Ermənistanda polis kadrlarının sürətlə dəyişdirilməsinə başlanılıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti öz mənbələrinə əsasəm yazır.

Qəzet yazır ki, polisdə əməkdaşların vəzifədən uzaqlaşdırılması və digərlərinin cəlb olunması davam edir.
"Əldə etdiyimiz məlumata görə, kapitan Suren Baqratunyan Ararat bölgəsinin Ararat polis idarəsinin rəisi vəzifəsindən azad edilib, başqa bir sərəncamla Stepanavan polis idarəsinin rəisi təyin edilib", deyə qəzet qeyd edir.
Baqratunyanın yerinə kimin təyin ediləcəyi hələ bilinmir, lakin nəşrin mənbələrinə görə yaxın gələcəkdə digər dəyişikliklərin də ediləcəyi gözlənilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə