Ukraynanın Azərbaycana birmənalı dəstəyi Ermənistan XİN-də qıcıq yaradıb TƏLAŞ

Ukraynanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Kuleba iyulun 14-də Ermənistan XİN-nə çağırıb. SİA erməni KİV-lərinə istinadən (panorama.am, tert.am, lragir.am) xəbər verir ki, ukraynalı səfiri xarici işlər nazirinin müavini Şavarş Koçaryan qəbul edib. Erməni diplomat Ukrayna səfirinə təmsil olunduğu qurumun Ukrayna XİN-nin Ermənistan-Azərbaycan sərhəddində baş verən silahlı qarşıdurmalarla bağlı verdiyi bəyanatına öz qiymətini verib.

Xatırladaq ki, Ukrayna XİN rəsmi olaraq həmin bəyanatında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirməklə yanaşı, Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinə son qoyulması çağırışlarını da bəyan edib. Bu bəyanat isə, Ermənistanın diplomatik mənbələrində qıcıq yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...